Fed/George: 1-ci rübdəki yavaş iqtisadi artım mərhələli faiz artırmağı dayandırmaq üçün bir səbəb deyil
ABŞ Mərkəzi Bankı Fed-in Kanzas şöbəsinin sədri Ezer Corc (Esther George), 1-ci rübdəki yavaş inkişafın faizin mərhələli artırılmasını dayandırmaq üçün bir səbəb olmadığını və mərhələli faiz artımlarını gecikdirməyin bir sıra risklər yaradacağı qənaətində olduğunu bildirib.
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
Kanzas Fed sədri açıqlamasında, Fedin balansını kiçiltməyə bu il ərzində başlaması lazım olduğunu təkrarlayıb və faizi mərhələli artımağı dəstəklədiyini dilə gətirib.
Corc etdiyi çıxışında, işsizlik hədəfinin aşılmasının iqtisadi artım üzərində bir risk yaradacağını deyib. Bununla yanaşı, Corc, beynəlxalq şəraitin artıq daha az risk yaratdığını qeyd edib.
Fed/Mester: Faizin mərhələli artırılması davam etməlidir
Klivlend Fed sədri Loretta Mester də Mərkəzi Bankın iqtisadiyyatın həddən artıq qızmasının qarşısını almaq üçün mərhələli faiz artımına davam etməsi lazım olduğunu deyib.
Mester Çikaqoda çıxışında məşğulluq hədəfinin qarşılandığını, bəzi zəif göstəricilərə baxmayaraq inflyasiyanın hədəfə yanaşdığını bildirərək faiz artırımının davam etməsi lazım olduğunu söyləyib.
Mester ilk rübdə iqtisadiyyatdakı zəifliyin orta müddətli mənzərəyə dair gözləntisini dəyişmədiyini bildirərək "İlin geri qalanında istehlakçı xərclərində toparlanma gözləyirəm" ifadəsini istifadə edib. Mester 4.5 trilyon dollarlıq balansı il sonunda kiçiltməyə başlamaq lazım olduğu ritorikanı da təkrarlayıb.
Fed rəsmiləri Mart ayında faiz artırmış, ötən həftədəki iclasda isə faizi dəyişdirməmiş, ancaq bu il 2 dəfə faiz artımı olacağına işarə etmişdi. Çox investor növbəti faiz artımının İyun ayında baş verəcəyini gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 saat sonra
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)




