Qlobal “lazer savaşı” - 7 milyard dollarlıq təklif!
Lazer məhsullarının qlobal istehsalçısı Coherent-in səhmləri uğrunda amansız rəqabət gedir.
ABŞ-ın innovativ optik məhsullar və lazer texnologiyası istehsalçısı, bu sahədə dünya bazarında liderlərdən biri Lumentum Holdings bazardakı digər bir uğurlu şirkət - lazer məhsulları təchizatçısı Coherent Inc.-in səhmlərini əldə edərək, iki nəhəngi birləşdirmək niyyətindədir. Marja xəbər verir ki, hələ yanvar ayında hər iki şirkət birləşməyə dair ilkin razılaşma imzalayıblar. Əsas rəqabət də elə bundan sonra başlayıb.
İlkin razılaşmada Lumentum Coherentin səhmlərinə cəmi 5,7 milyard dollar təklif etmişdi, bu isə bazarda əsas mövqeləri ələ keçirmək uğrunda mübarizə aparan digər iki qlobal oyunçunu - optik materiallar və yarımkeçirici konduktorlar istehsalçısı II-VI Inc.-i (digər adla – Two Six Incorporated) və mürəkkəb istehsalat avadanlıqlarının ölçmə, nəzarət, elektron idarəetmə həllərini təklif edən MKS Instruments-i hərəkətə keçirib. II-VI Coherentə 6.5 milyard dollarlıq, MKS isə 6 milyardlıq təklif təqdim edib.
Görünür ki, Lumentum bu üçtərəfli savaşda geri çəkilmək fikrində deyil. Şirkət ötən gün yenilədiyi qiymət təklifində Coherentlə birləşmək və səhmləri satın almaq üçün 6,9 milyard dollar xərcləməyə hazır olduğunu bildirib.
Texnologiya nəhəngləri arasında gedən bu üçtərəfli müharibədə kimin qalib çıxacağı maraqlıdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Yango Group” Dubaydan Azərbaycan bazarına 100 milyon dollar investisiya yatırıb və qlobal səviyyədə təcrübəsini genişləndirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
27 d. əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
-
- 28 d. əvvəl
- 46 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
1 saat əvvəl
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

100-dən çox avtobus fəaliyyət göstərəcək - Məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə başladı

AYİB manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub
Ən çox oxunanlar

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

"Yango Group” Dubaydan Azərbaycan bazarına 100 milyon dollar investisiya yatırıb və qlobal səviyyədə təcrübəsini genişləndirib
