Azərbaycanın yeganə təkrarsığorta şirkətinin yığımları artıb - MALİYYƏ VƏZİYYƏTİ

Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC 2020-ci ili 154 min 544 manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 25 milyon 586 min 398 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azre”nin xalis mənfəəti 165 dəfədən çox azalıb. “AzRe Təkrarsığorta” ASC 2018-ci ili 25 milyon 64 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Marja şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə 60 milyon 383 min 40 manat təşkil etmiş cəmi əməliyyat gəlirləri 2020-ci ildə 48 milyon 565 min 150 manata geriləyib. Şirkətin cəmi əməliyyat xərcləri isə 2019-cu ildəki 28 milyon 437 min 584 manatdan 2020-ci ildə 48 milyon 13 min 746 manata yüksəlib.
Cəmi əməliyyat gəlirlərinin 11 milyon 817 min 890 manat azalması ilə bərabər, cəmi əməliyyat xərclərinin 19 milyon 576 min 162 manat artması Şirkətin mənfəətinin kəskin azalmasına səbəb olub.
2019-cu illə müqayisədə 2020-ci ildə hesablanmış təkrarsığorta haqları 11 milyon 517 min 242 manat və ya 20% artaraq 69 milyon 318 min 588 manat, sığorta ödənişləri isə 2,9 dəfə artaraq 23 milyon 844 min 191 manat təşkil edib. 2019-cu ildə “Azre”nin təkrarsığorta haqları 57 milyon 801 min 346 manat, sığorta ödənişləri 8 milyon 183 min 508 manat təşkil etmişdi.
Ötən il ehtiyata 28 milyon 388 min 639 manatın ayrılması şirkətin cəmi əməliyyat gəlirlərini azaltmış, sığorta ödənişlərinin artması isə cəmi əməliyyat xərclərini yüksəltmişdir.
"Azre Təkrarsığorta" "Qala Həyat” və "Qala Sığorta" şirkətlərinin səhmdarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
17 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
