Bu sığorta əmlakın istismarı zamanı üçüncü şəxslərə dəyən zərəri qarşılayır

Hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin hamıya məlum olan daşınmaz əmlakının icbari sığortası müqaviləsini bağlamaq öhdəliyi ilə yanaşı daha bir icbari sığorta öhdəliyi var. Bu sığorta növü həmin əmlakın istismarı zamanı üçüncü şəxslərə dəyən zərəri qarşılayır. Bu sığorta növü üzrə həm sağlamlığa, həm də əmlaka dəyən zərərə görə kompensasiya - sığorta ödənişi verilməsi nəzərdə tutulur.
Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hadisələr baş verərsə və üçüncü şəxslərə zərər dəyərsə, sığorta şirkəti ödəniş verməlidir:
1) elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;
2) qaz partlayışı;
3) elektrik naqillərində baş verən qısa qapanma;
4) su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;
5) hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri
Bu icbari sığorta növü sahibliyində daşınmaz əmlak olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin mülki məsuliyyətini sığortalayır.
İstismarı, o cümlədən ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması ilə bağlı sahibinin mülki məsuliyyəti sığortalanmış əmlakı qanuni əsaslarla istifadə edən və ya onun ərazisində belə əsaslarla fəaliyyət göstərən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış şəxs hesab edilir.
Göstərilən hadisələr nıticəsində bir fiziki şəxsin sağlamlığına görə 5000, ümumilikdə sağlamlıqla bağlı 50000 manat, əmlaka dəyən zərərə görə isə 50000 manat həcmində sığorta məbləği (sığortaçının maksimal öhdəliyi) müəyyən edilib.
Mövzu çərçivəsində qeyd edək ki, bu sığorta növü iri ticarət mərkəzlərinin (Mall, bazar və digər) ərazisində baş verəcək hadisələrdən üçüncü şəxslərin (əmlakını sığortalayan və ya fiziki şəxsdirsə, ailə üzvləri istisna olmaqla, digər şəxslər) zərərini kompensasiya etmək məqsədi daşıyır.
Yekunda isə qeyd edək ki, bu sığorta növünü aparmamağa görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.
Müəllif: Şəhriyar Həbilov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
14 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
