Çinin elektromobil istehsalçıları səhm bazarını silkələyir - 14 MİLYARDA YAXIN...
Çinin elektrikli avtomobil istehsalçıları 13,65 miyard dollar dəyər qazanıb. Teslanın ardınca onun rəqibləri da səhm bazarını silkələyir.
ABŞ səhm birjalarında qeydiyyatdan keçmiş Çinin elektromobil istehsalçıları Nio, Xpeng Motors və Li Auto səhmlərin dəyərinin artması sayəsində ümumilikdə öz bazar dəyərini 13,65 milyard dollar artırmışdır. Marja xəbər verir ki, Çin startapları günlük artımlarda əsas rəqibləri Teslanı da qabaqlayır.
Xatırladaq ki, dünən – martın 9-da Teslanın səhmləri son bir neçə həftə ərzində ilk dəfə olaraq 14%, gün sonunda isə 20%-ə yaxın dəyər qazanaraq itirdiyi bazar dəyərini bərpa edə bilib. Nio günü 17,44% artımla bir səhmə görə 41,35 dollarla, Li Auto səhm dəyərini 8,2% artıraraq 23,08 dollarla, Xpeng Motors isə 11,33% artım əldə edərək 29,97 dollarla yekunlaşdırıb.
Reutersin üç elektromobil istehsalçısının bu il mümkün qədər tez bir müddətdə Honkonq birjasında ikinci listinqə çıxacağı barədə xəbəri də onların səhm qiymətlərində ciddi artıma təkan verib.
Nio, Li Auto və Xpeng öz aralarında da ciddi rəqabət aparır. Nio son 12 ay ərzində təxminən 10 dəfə artıb, Xpeng isə ötən ilin avqustunda Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsindən sonra ikiqat səhm dəyəri qazanıb.
Hər üç istehsalçı bu ilin birinci rübündə gözlənilən satışlar barədə proqnozlarını açıqlayıb. Nio birinci rübdə 20-21 min ədəd avtomobil satacağını planlaşdırır, bu isə ötən ilin dekabrında bitən rüblə müqayisədə çoxdur. Xpeng əksinə, ötən ilin son rübü ilə müqayisədə nisbətən az – 12,500 ədəd satmağı düşünür. Li Auto isə 2021-ci ilin birinci rübündə 10,500-11,500 ədəd avtomobil satmaq hədəfini qoymuşdur.
Çin Sərnişin Avtomobilləri Assosiasiyasının açıqlamalarına görə, 2021-ci ilin fevral ayında elektromobillərin satışı 97 min ədədə çatmışdır, bu isə illik ifadədə 675% artım deməkdir. Bununla belə, fevral ayının göstəriciləri yanvarla müqayisədə 37,9% azdır.
Həmçinin oxu:
"Son həftələrdə kəskin enişin müşahidə olunduğu səhm bazarı canlanıb"
"Şimal Axını – 2 dilemması: Rusiya bu il nəhəng layihəni başa çatdıra biləcəkmi?"
"Hər kəsə 1400 dollarlıq çek – ABŞ-ın yeni yardım paketi""Dünyanın ən bahalı dərmanı"
"Texnologiya nəhənglərindən 14 milyard dollarlıq sövdələşmələr"
"Asiyanın “mini Amazon”u səhm bazarına çıxır"
"Sənaye nəhəngi biznesinin bir hissəsini satır - 30 MİLYARD DOLLARLIQ SÖVDƏLƏŞMƏ"
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 d. əvvəl
Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
-
-
10 d. əvvəl
Zəng çalındı, Avropa bankının manat istiqrazlarının ticarəti başladı
-
17 d. əvvəl
“Azərsun Holdinq” COP29-un nəticələrini rəhbər tutaraq innovativ yanaşmalar tətbiq edir
- 23 d. əvvəl
-
29 d. əvvəl
"Azərsun" şəkər sahəsinə daha çox subsidiya ayrılmasını təklif edir
-
1 saat əvvəl
COP29 sonrası “PAŞA Bank”: Dayanıqlı maliyyələşməyə və yaşıl keçidə dəstək
-
1 saat əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
1 saat əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!

Zəng çalındı, Avropa bankının manat istiqrazlarının ticarəti başladı

"Azərsun" şəkər sahəsinə daha çox subsidiya ayrılmasını təklif edir

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb
Ən çox oxunanlar

100-dən çox avtobus fəaliyyət göstərəcək - Məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə başladı

AYİB manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub
