Tanınmış sığorta şirkəti mənfəət açıqladı - YIĞIMLARI ARTIB

Əsasən tibbi sığorta ürə ixtisaslaşmış “A-Qroup Sığorta Şirkəti” ASC 2020-ci ili 2 milyon 813 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 1 milyon 625 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il “A-Qroup Sığorta Şirkəti”nin xalis mənfəəti 1 milyon 188 min manat və ya 73% artıb.
Marja şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə “A-Qroup Sığorta”nın cəmi gəlirləri 12% artaraq 17 milyon 232 min manat, cəmi xərcləri isə 2,7% artaraq 13 milyon 716 min manat təşkil edib. 2019-cu ildə şirkətin cəmi gəlirləri 15 milyon 381 min manat, cəmi xərcləri isə 13 milyon 350 min manat təşkil etmişdi.
2019-cu illə müqayisədə 2020-ci ildə “A-Qroup Sığorta”nın topladığı sığorta haqları təxminən 12,7% artaraq 17 milyon 54 min manat, sığorta ödənişləri isə 0,7% artaraq 8 milyon 476 min manat təşkil edib.
Toplanan sığorta haqlarının 13%-ə yaxın artmasına qarşılıq sığorta ödənişlərinin cüzi artması “A-Qroup Sığorta Şirkəti”nin mənfəətinin artmasının səbəblərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
20 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
22 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
