Yanğın təhlükəsizliyinə dair tələblər sərtləşdirilir
Azərbaycanda Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.
Məcəllənin 60.1-ci (Yanğın təhlükəsizliyinə dair ümumi tələblər) yeni redaksiyada verilir.
Dəyişiklik layihəsinə əsasən, bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər tikinti obyektlərinin etibarlılıq göstəricilərini, yanğın və partlayış təhlükəsizliyini, təbii və texnogen xarakterli təhlükəli (zərərli) təsirlərdən müdafiə tələblərini, tikinti materiallarının, məmulat və konstruksiyalarının keyfiyyət və uyğunluğunu müəyyənləşdirən texniki normativ hüquqi aktlar əsasında müəyyən ediləcək.
Hazırda qüvvədə olan maddəyə əsasən isə tikinti obyektinin bütün hissələri, xüsusilə divarları, tavanları və sütunları onların yeri və funksiyaları nəzərə alınmaqla odadavamlılıq baxımından yanğından mühafizə tələblərinə uyğun olaraq tikilməlidir. Divarların, tavanların, asma tavanların və izolyasiya olunmuş səthlərin üzlənməsi zamanı da bu tələblərə əməl edilməlidir. Bu maddədə nəzərdə tutulan tələblərlə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
"Yanğın təhlükəsizliyi haqqında" qanununun 25-ci maddəsinə əsasən, dövlət yanğın nəzarəti (tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət) layihə sənədlərinin ayrı-ayrı hissələrində, o cümlədən baş plan üzrə yanğına ara məsafələrinin, yanğın avtomobillərinin tikiliyə və yanğın su mənbəyinə sərbəst yaxınlaşmasının mümkünlüyünün, memarlıq həlləri üzrə təxliyə, təyinatından asılı olaraq otaqların və digər yerləşgələrin yerləşdirilməsi, yanğının digər sahələrə yayılmaması və operativ yanğınsöndürmənin maneəsizliyinin, konstruksiya üzrə tikilinin yanğına qarşı dayanıqlığının, elektrik təchizatı üzrə-naqillərin obyektin spesifik xüsusiyyətlərinə uyğun seçilməməsi, izolyasiya qatlarının digər təsirlərə davamlılığının və dielektrik xüsusiyyətlərinin yanğına səbəb olma ehtimallarının minimumlaşdırılmasının, qaz təchizatı üzrə-boruların trayektoriyasının, birləşmələrinin, əyilmələrin, avtomat nəzarətin və digər normativ tələblərin, su təchizatı üzrə-yanğın zamanı istifadə edilməsi üçündaimi su ehtiyatının və zəruri yanğın su kəmərlərinin, kranlarının, hidrantlarının və dayaqlarının norma və standartlara uyğunluluğunun, digər kommunikasiya hissələri üzrə-yanğın barədə avtomatlaşdırılmış xəbərvermə, söndürmə, tüstüxaricetmə sistemlərinin hesabi həllininvə digəryanğına və partlayışa səbəb ola bilən subyektlərin qüvvədə olan norma və qaydalar əsasında layihələr üzrə araşdırılmasından və tikinti zamanı layihə üzrə yerinə yetirilməsinə nəzarətdən ibarətdir.
Layihədə qeyd olunub ki, göstərilən funksiyalar layihələrə baxış zamanı çoxsaylı hesabi parametrlərlə xarakterizə olunan tələblər doğurur.
Buna görə də məcəllənin 60.1-ci maddəsinin yeni redaksiyasında yanğın təhlükəsizliyinə dair tələblərin daha da geniş və tam əhatə olunması zəruri hesab olunur.
Layihə Milli Məclisin mayın 16-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
10 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
13 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
14 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 14 saat əvvəl
-
14 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
14 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb



















