Samir Şərifov 500 milyon dollarlıq kredit müqaviləsini imzaladı
İllik toplantı çərçivəsində Samir Şərifov bir sıra işgüzar görüşlər keçirmişdir
Asiya İnkişaf Bankının (AİB) 50 illik yubileyinə təsadüf edən və "Asiyanın rifah və tərəqqisini birlikdə quraq" devizi altında 4-7 may tarixlərində Yaponiyanın Yokohama şəhərində keçirilən AİB-nin Rəhbərlər Şurasının İllik Toplantısı öz işini başa vurmuşdur.
Toplantıda Azərbaycan Respublikasının maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Bu barədə “Marja”ya Maliyyə Nazirliyindən bildirilib.
Rəhbərlər Şurasının mayın 6-da keçirilən iclasında çıxış edən Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar barədə geniş məlumat vermiş, neftin kəskin ucuzlaşması fonunda hökumət tərəfindən atılan qabaqlayıcı addımlar nəticəsində makroiqtisadi sabitliyin tez bir zamanda bərpa olunduğunu vurğulamışdır. Nazir qeyd etmişdir ki, aparılan kompleks struktur islahatları pul-kredit siyasəti və maliyyə sektorunun tənzimlənməsinin gücləndirilməsi ilə yanaşı iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ixracın təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması və invesitisiyaların cəlb edilməsi istiqamətlərini əhatə edir.
İllik toplantı çərçivəsində Yaponiyanın maliyyə naziri Taro Aso, AİB-in prezidenti Takehiko Nakao, vitse-prezidentlər Vencay Jang, Divakar Qupta və digər rəsmilərlə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və ölkəmizdə həyata keçirilən bir sıra layihələrə o cümlədən yol-nəqliyyat, su təchizatı, irriqasiya, elektrik enerjisinin paylanması sahəsində layihələrə bankın verdiyi dəstək yüksək qiymətləndirilmişdir.
AİB-in prezidenti Takehiko Nakao Azərbaycanın bankın dəyərli tərəfdaşı və vacib üzvü olduğunu, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə etmişdir.
İllik Toplantı çərçivəsində, mayın 7-də, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (CQD) və AİB arasında “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair müqavilə və Zəmanət sazişi imzalanmışdır.
İmzalanma mərasimində Cənub Qaz Dəhlizi layihəsinin strateji əhəmiyyəti bir daha vurğulanmış, AİB, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və bir sıra digər beynəlxalq maliyyə institutları tərəfindən dəstəklənən bu transmilli layihənin Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası ilə yanaşı region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacağı vurğulanmış, bu layihənin uğurla başa çatdırılmasında Asiya İnkişaf Bankının dəstəyinin vacibliyi qeyd edilmişdir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
7 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
21 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 44 d. əvvəl
- 47 d. əvvəl
-
47 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib




















