Azərbaycana ötən il 450 milyon manatlıq dərman idxal edilib - KƏSKİN ARTIB
2020-ci il ərzində Azərbaycan pərakəndə satış üçün formalarda və ya bağlamalarda qablaşdırılan 264, milyon 251 min ABŞ dolları (təxminən 449 milyon 227 min manat) dəyərində 19 364 ton dərman vasitələri idxal edib.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış hesablamalara görə, COVID-19 pandemiyası fonunda dərman vasitələrinin idxalı ötən il həcm ifadəsində 35,8%, dəyər ifadəsində isə 23% artıb.
Azərbaycana dərman vasitələri göndərən ölkələrə gəldikdə, 2020-ci ildə ölkə ən çox dərmanı Türkiyədən idxal edib. Hesabat dövründə Azərbaycan qonşu ölkədən 51 milyon 987 min dollar dəyərində 2 746 ton pərakəndəlik dərman vasitələri gətirib ki, bu da illik müqayisədə 63,6% (dəyər ifadəsində) çoxdur.
İdxal bazarında ikinci olan Almaniya isə Azərbaycana dərman ixracını 18,4% artıraraq 28 milyon 57 min dollarlıq 489 ton dərman göndərib.
Üçüncü pillədə qərarlaşan Rusiyadan isə ölkəyə 21 milyon 782 min dollarlıq 5 461 ton dərman tədarük edilib. Bu, illik müqayisədə 2 dəfə çoxdur.
Azərbaycana dərman vasitələrini ixrac edən əsas ölkələr:
# | Ölkə | Həcm, ton | Dəyər, mln $ | İllik dinamika |
1 | Türkiyə | 2 745,94 | 51,987 | 63,6% |
2 | Almaniya | 489,45 | 28,057 | 18,4% |
3 | Rusiya | 5 461,47 | 21,782 | 2 dəfə |
4 | Fransa | 239,27 | 17,550 | -7,1% |
5 | Ukrayna | 5 118,71 | 12,294 | 38% |
6 | İtaliya | 199,61 | 11,864 | 8,1% |
7 | Hindistan | 237,19 | 10,967 | 29% |
8 | İspaniya | 240,94 | 10,354 | 34,5% |
9 | İsveçrə | 53,82 | 9,871 | -39% |
10 | Macarıstan | 214,49 | 8,978 | 14,7% |
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 13 d. əvvəl
- 16 d. əvvəl
- 18 d. əvvəl
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 23 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)
.jpg)





.jpg)






