“Parabank” hələ BOKT-a çevrilməyib"
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ləğvetmə prosesində olan “Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi və ona bu məqsədlə lisenziya verilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Qeyd edək ki, bu barədə hüquqşunas Əkrəh Həsənov özününü Facebook səhifəsində yazmışdı.
Bununla bağlı sualları Direktorlar Şurası (DŞ) sədrinin müşaviri məsələ ilə bağlı sualları Rüfət Abbasov cavablandırıb.
Onun sözlərinə görə, MBNP-nın DŞ-nın 21 iyul 2016-cı il tarixli qərarına əsasən, 4 kommersiya bankının, o cümlədən “Parabank”ın lisenziyası ləğv edilib. Buna səbəb həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirməmələri, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmamaları, məcmu kapitalın minimum məbləği tələbinə əməl etməmələri, təhrif edilmiş hesabatlar təqdim etmələri, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməmələri olub.
“O zaman bankın səhmdarları bizim qərarımızı əsaslı hesab edərək BOKT-a çevrilmələri barədə müraciət etmişdilər. DŞ-nın sədri Rüfət Aslanlı iyulun 22-də keçirilən mətbuat konfransında və sonrakı müsahibələrində çox açıq şəkildə bildirib ki, Palata ləğvetmə prosesinin gedişindən asılı olaraq bu barədə qərar qəbul edəcək və ümumilikdə bu məsələyə müsbət baxır. Yəni, bu mövzuda bizim mövqeyimiz şəffaf olub və mətbuatda geniş işıqlandırılıb”, - deyə R.Abbasov qeyd edib.
Onun sözlərinə görə, ötən dövrdə “Parabank”ın qorunan əmanətləri üzrə kompensasiyalar tam ödənilib, qorunmayan əmanətlər isə ləğvetmə prosesində olan bank və müştərilər arasında tənzimlənib:
“Hüquqi şəxslərin hesab qalıqları üzrə öhdəliklər də icra olunub. Bununla bağlı “Parabank”ın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu bankın BOKT-a çevrilməsi barədə müraciət edib. Öhdəliklərin icra olunmasını nəzərə alaraq bu məsələyə müsbət baxırıq. Bu məsələyə dair müvafiq məhkəmə qərarı da var. Məndə olan məlumata görə, hazırda bu prosesin hüquqi tənzimlənməsi davam edir və hələlik onlara BOKT lisenziyası təqdim edilməyib”.
R.Abbasov vurğulayıb ki, bank fəaliyyətinə xarakterik öhdəliklər tənzimləndiyi üçün Palata bu məsələyə müsbət baxır və əgər bu proses qanun çərçivəsində davam edərsə lisenziyanın verilməsi istisna olunmur:
“Bu proses ləğvetmə prosesində olan bankın müştəriləri, tərəfdaşları, 300-dən çox işçi heyəti və ictimaiyyətin maraqları çərçivəsində və ölkəmizin mövcud qanunvericiliyinə müvafiq olaraq məhkəmə nəzarətində aparılır. Mətbuatın monitorinqi və ictimaiyyətin reaksiyası da göstərdi ki, bankın BOKT-a çevrilməsini təkcə onun işçiləri, müştəriləri və səhmdarları deyil, ümumilikdə ictimaiyyət müsbət qarşılayıb. Palata olaraq maliyyə sektoru üzrə tənzimləmə-nəzarət fəaliyyətimizi ilk dövrlərdə bəyan etdiyimiz qaydada şəffaflıq, qərəzsizlik və qanunvericilik çərçivəsində davam etdiririk".
© Report
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
27 d. əvvəl
Mənzil sahibi olmaq arzusu rəqəmsal şansın ümidinə qalanda...
-
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Mənzil sahibi olmaq arzusu rəqəmsal şansın ümidinə qalanda...
“Ekolizinq”in xalis mənfəəti kəskin artıb
İsrail-Livan atəşkəsindən sonra neft ucuzlaşıb
"MİDA" şirkətinin gəlir və xərcləri açıqlanmır - Mənzil İnşaatı Dövlət Agentliyinin isə əməliyyat zərəri kəskin artıb
“ABB-İnvest” 2025-ci ili 2,35 milyon manat mənfəətlə başa vurub - Aktivləri 30 milyon manatı keçib, kapitalı 40% artıb
Ən çox oxunanlar
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
“ATL TECH” 2025-ci ili mənfəət ilə başa vurub
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb















.jpg)



