Azərbaycanda ilk dəfə: dənizdə mobil internet!
Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq gəmilərdə və neft platformalarında mobil internet təqdim edib. Bundan sonra şirkətin korporativ abunəçiləri mobil internetdən təkcə quruda yox, dənizdə də istifadə edə biləcəklər.
Ölkədə fəaliyyət göstərən ən iri neft şirkətlərindən biri ilə dənizdə mobil internet xidmətlərinin göstərilməsinə dair yeni imzalanmiş müqaviləyə əsasən, ilkin mərhələdə “Bakcell”in mobil internet xidməti 4 dəniz gəmisi və 1 neft platformasında istifadəyə verilib.
“Biz çalışırıq ki, abunəçilərimiz Azərbaycanın ən üstün mobil şəbəkəsi ilə yanaşı ən keyfiyyətli müştəri təcrübəsindən yararlana bilsinlər. Bu layihə sayəsində gəmidə və neft platformalarında çalışan və dənizdə uzun müddət vaxt keçirən insanlar öz ailə üzvləri və yaxınları ilə daim ünsiyyətdə qalacaqlar. Korporativ və fərdi abunəçilərimizi bazarda ən üstün müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell öz şəbəkəsini və xidmət keyfiyyətini təkmilləşdirməyə davam edəcək. Məqsədimiz xidmətlərimizdən istifadə edən hər kəsin mobil telekommunikasiya xidmətlərinə dair ehtiyac və tələblərinin tam şəkildə ödəməkdir”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.
Dənizdə mobil internet xidmətinin göstərilməsi Azərbaycan üçün bir yenilikdir. Bu yenilik sayəsində gəmi və neft platformalarının personalı saniyədə 10 meqabitə qədər sürəti olan limitsiz və yüksək keyfiyyətli mobil internetdən yararlanırlar.
Qeyd edək ki, oxşar layihələr indiyə kimi Meksika, Rusiya və Kanada daxil olmaqla çox az ölkədə həyata keçirilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
5 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
10 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















