Azərbaycanda qaz hasilatı 8%-ə yaxın artıb
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar ayında 3,6 milyard manatlıq və ya 2020-ci ilin müvafiq ayı ilə müqayisədə 3,4 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,4 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,8 faiz artmışdır.
Sənaye məhsulunun 64,9 faizi mədənçıxarma sektorunda, 29,2 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,0 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 7,9 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 10,4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,9 dəfə, tütün məmulatlarının istehsalı 2,9 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,8 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 97,0 faiz, elektrik avadanlıqlarının istehsalı 96,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 29,1 faiz, maşın və avadanlıqların istehsalı 23,5 faiz, kağız və karton istehsalı 21,4 faiz, tikinti materiallarının istehsalı 21,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 14,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 10,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,1 faiz, içkilərin istehsalı 4,8 faiz, qida məhsullarının istehsalı 3,0 faiz artmış, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,9 faiz, geyim istehsalı 10,3 faiz, neft məhsullarının istehsalı 20,4 faiz, hazır metal məmulatlarının istehsalı 24,9 faiz, mebel istehsalı 46,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 53,4 faiz, poliqrafiya məhsullarının istehsalı 60,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 66,7 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,2 faiz artmışdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
4 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
9 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 21 d. əvvəl
- 23 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























