“Sığorta sektorunda köklü düzəlişlər edilməsinə zərurət var”
Aqil Nuriyev: “Bir çox könüllü növlər üzrə hadisə baş verirsə, yüksək ehtimal imtina olunur”
“İnsurance Consulting Service” MMC-nin direktoru Aqil Nuriyev sığorta sektorunun problemləri mözusunda hazırladığı məqaləni Marja.az portalına göndərib. Həmin məqaləni təqdim edirik.
-Pandemiya dövrü, bankların ləğvi, sığortaya marağın aşağı olması, sığorta şirkətlərinin maarifləndirmədən daha çox yığımlarını artırmağa və zərərliliyini azaltmağa çalışdığı bir vəziyyətdə sektorun başlıca problemləri barədə məlumat verməyə çalışacağıq.
İcbari və könüllü növlər üzrə problemlər aşağıdakı kimidir:
1) İcbari növlər üzrə problemlər
- İcbari növ üzrə əsas gəlirlilik və qismən məlumatlandırılmanın olduğu nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hazırda zərərli bir məhsul olmağa doğru gedir. Belə ki, 50 manat sığorta haqqı toplayan sığorta şirkəti hadisə zamanı hədlər nəzərə alınmaqla 50 manatdan az ödəniş üçün çalışır. Zərəri az təklif etməklə yanaşı, inzibati protokoldan şikayət vermək hüququ olmasa da, prokurorluğa şikayətlər ünvanlayır. Yaxud avtomobilə zərər dəydikdə daşıma xərclərini ödəmək öhdəliyinə əməl etmir və zərərçəkmişi əlavə xərcə məruz qoyaraq avtomobili heç bir standarta cavab verməyən servislərə yönəldir və zərəri qiymətləndirməyə çalışır.
-Hadisə zamanı ödəniş verilməsi üçün tələb edilən sənədlər siyahısı "İcbari sığortalar haqqında" qanunda konkret göstərilsə də, əlavə sənədlər tələb edilir.
- Daşınmaz əmlakın icbari sığortası üzrə hadisələr tənzimlənə bilmir. Sığortaçılar MKİS-ə (Jek-köhnə) sorğu versələr də, çox zaman arayışları da nəzərə almayaraq öz mütəxəssislərinin rəyi ilə imtina verilir.
- Bakı şəhərində yaşayış evləri və mənzillər üçün 25000 manat maksimal təminat nəzərdə tutulsa da, evin tam məhvi halında bu məbləğin hansı evi bərpa etməyə kifayət etdiyi əlavə suallar yaradır.
- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortada hadisə tənzimlənməsi zamanı Mülki Məcəllə ilə müvafiq qanunun normaları toqquşur. Qanunda sığorta olunanların dairəsi göstərilsə də, Əmək Məcəlləsi ilə ziddiyyət olduğu halda hadisə zamanı səlahiyyətli orqan arayış verə bilmədiyi üçün ödənişdən imtina edilir.
2) Könüllü növlər
- sığorta şirkətlərinin sığorta qaydalarının çoxu sonuncu dəfə Maliyyə Nazirliyinin vaxtında təsdiqləndiyi üçün bir çox könüllü növlər üzrə hadisə baş verirsə, yüksək ehtimal imtina olunur. Ona görə ki, bu köhnə qaydalarla demək olar bütün hallar üzrə imtina mümkündür.
- Maliyyə Nazirliyinin bütün sığorta şirkətləri üçün əsas olan 2 könüllü sığorta qaydası var. Bu qaydalar artıq 6 ildən çoxdur dəyişmir. Özündə kifayət qədər mübahisəli normaları əks etdirən bu qaydalardan da sığorta şirkətləri özlərinə uyğun istifadə edərək imtina verirlər. Misal: II dərəcə əlilliyi olan şəxslər kredit götürərkən kredit təşkilatları təminat kimi sığorta istəsələr də, sığorta şirkətləri sığortalamaqdan imtina hüququna malikdir. Bütün şirkətlər (hazırda 4 şirkət) imtina verdikdə şəxs kredit götürə bilmir və hüquqları pozulur. Halbuki xüsusi kateqoriya olduğu üçün bu şəxslərin daha çox diqqətə ehtiyacı var.
3) İcbari və könüllü növlər üzrə sığorta qaydalarının və normaların əksəriyyəti Maliyyə Nazirliyinə aiddir. Həmin aktlar ləğv edilsə də (Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldıqda dəyişdirməsi üçün) hələ də 5 ildən çoxdur yenilənmədən qalmışdır.
Sığorta sektoru üzrə icbari növlər üçün sığorta haqları və sığorta məbləğləri ehtiyat hissələri və təminatlar baxımından devalvasiyalardan və tarif artımlarından əvvəl hesablansa da, görünən odur ki, təminatlarda dəyişiklik olmaması zərərlərin tam əhatə edilməməsinə və zərərçəkmişin öz xərcləri ilə daha yüksək hissədə baş-başa qalmasına səbəb olur.
Müştərilərdən daxil olan şikayətlər deməyə əsas verir ki, ölkənin sığorta sektorunda da köklü düzəlişlər edilməsinə, nəzarətin gücləndirilməsinə, nəzarətin tək nəzarətlə deyil, o cümlədən tənzimləmə ilə də məşğul olmasına zərurət vardır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
12 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
