Ötən il 237 mindən çox “kupça” verilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu məqsədlərin reallaşdırılması istiqamətində işləri davam etdirir.
Xidmətin yaydığı məlumata görə, 2020-ci il ərzində 237.450 daşınmaz əmlakın qeydiyyatı aparılıb. Bunun 63.247-si (26,6 faizi) ilkin, 174.203-ü (73,4 faizi) isə təkrar qeydiyyatın payına düşür. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 35.775-i fərdi yaşayış və bağ evi, 74.533-ü mənzil, 118.534-ü torpaq sahəsi, 2.543-ü qeyri-yaşayış binası, 5.368-i qeyri-yaşayış sahəsi, 637-si əmlak kompleksi, 59-u çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmədir. İlkin qeydiyyatın 36.682-si Bakı şəhərinin, 26.565-i isə regionların payına düşür.
2020-ci il ərzində 34.061 mənzil üzərində mülkiyyət hüququ ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə üzərində hüquqların ilkin olaraq qeydiyyata alındığı mənzillərin sayı 7,8 faiz artıb.
Ötən il 199.637 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair 262.939 arayış (Forma-1) verilib. 2020-ci il ərzində 32.693 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Qeyd edək ki, vətəndaşların daha rahat şəkildə mülkiyyət hüquqlarını rəsmiləşdirməsi üçün səyyar qeydiyyat kampaniyaları keçirilib və birbaşa ünvanlarda qeydiyyat xidmətləri göstərilib. Ötən il ərzində 27 bu cür səyyar qeydiyyat kampaniyası təşkil edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
8 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 20 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















