Kia, ABŞ-da Apple avtomobillərinin istehsalına hazırlaşır
Kia Motors şirkəti, müqavilə bağlanması halında Apple-ın elektrikli avtomobilini (elktromobil) ABŞ-ın Georgia ştatında istehsal etməyə hazırlaşır.
Marja "Dow Jones"ın korporativ xəbər xidmətinə istinadən xəbər verir ki, Kia Motors şirkəti Apple-ın elektrikli avtomobilini Georgia ştatında istehsal etmək üçün ortaqlar axtarır.
Təklif milyardlarla dollarlıq bir sərmayəni nəzərdə tutur. Razılaşma olması vəziyyətində, iPhone istehsalçısı, illər ərzində davam etmiş gizli işləri nəticəsində avtomobil sektoruna daxil olacaq.
Kia-nın ana şirkəti Hyundai keçən ay Apple ilə danışıqlar apardıqlarını açıqlamışdı, lakin Apple bunu qəbul edən bir açıqlama yaymayıb.
Apple-ın avtomobil istehsalı zavodu qurulması üçün Kia Motors şirkətinə 4 trilyon won (3,5 milyard dollar) sərmayə qoyacağı barədə xəbərdən sonra Kia Motorsun səhmləri 14,5% bahalaşmışdı.
Xəbərə görə, iki şirkətin müqaviləni 17 Fevralda imzalaması gözlənilir. İlk Apple avtomobilinin 2024-cü ildə təqdim edilməsi və illik 100 min avtomobil istehsalı hədəflənir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
6 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 18 d. əvvəl
- 20 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























