1.1 trilyon dollarlıq büdcə təsdiq edildi
ABŞ Nümayəndələr Məclisi, federal qurumların fəaliyyətlərini Oktyabr ayına qədər davam etdirməsini təmin edəcək 1.1 trilyon dollarlıq ümumi büdcə layihəsini təsdiq edib.
"Marja" xəbər veri ki, Ağ Evin Konqresdəki Respublikaçı və Demokrat vəkillərlə apardığı müzakirələr çərçivəsində hazırlanan büdcə layihəsi Nümayəndələr Palatasında 118-ə qarşı 309 səslə qəbul edilib.
Gərgin müzakirələr nəticəsində ortaya çıxan büdcə layihəsinin növbəti dayanacağı Senat olacaq. Layihə, Senatdan keçməsi üçün lazım olan 60 səsi alsa qüvvəyə minməsi üçün ABŞ Prezidenti Donald Trumpın imzasına təqdim olunacaq.
Senatın 1.1 trilyon dollarlıq ümumi büdcə layihəsini, hökumətin maliyyə çatışmazlığı səbəbindən "bağlanmasının" qarşısını almaq üçün mövcud müvəqqəti büdcənin müddəti başa çatmadan 5 May Cümə gecə yarısınadək qəbul etməsi lazımdır.
103 Respublikaçı müxalifət edib
Nümayəndələr Palatasında Trump rəhbərliyinin ilk büdcə layihəsinə qarşı çıxan 118 vəkildən 103-ünün Respublikaçılar Partiyasından olması diqqəti çəkib.
1.1 trilyon dollarlıq büdcə layihəsində Trumpın Meksika sərhədinə hörməyi vəd etdiyi divar üçün maliyyələşdirmə yer almır.
Respublikaçılar, keçmiş Prezident Barak Obamanın səhiyyə sığortasına (Obamacare) yönələn xərclər və dövlət dəstəkli ailə planlaşdırma mərkəzi "Planned Parenthood" üçün maliyyə nəzərdə tutulması səbəbilə layihəyə qarşı çıxdığı qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti












.jpg)





.jpg)




