Azərbaycanın maliyyə bazarında yeni investisiya şirkəti - "MFX-Trading" ASC

(®️) Azərbaycanın maliyyə bazarında yeni investisiya şirkəti "MFX-Trading" ASC fəaliyyət göstərməyə başlayıb.
Bakı Fond Birjasının üzvülüyünə qəbul olunmuş Şirkət öz fiziki və korparativ müştərilərinin yerli emitentlərin qiymətli kağızlarının alışı və satışı üzrə sifarişlərini yerinə yetirir.
Bundan başqa, "MFX-Trading" şirkəti tərəfindən Azərbaycanda ilk dəfə Forex bazarında öz vəsaitləri ilə ticarət əməliyyatları həyata keçirən müştərilərə üstün funksionallığına görə ən qabaqcıl ticarət platforması hesab edilən "Meta-Trader 5" terminalı təklif edilmişdir.
Şirkətin saytında (www.mfx.az) online rejimdə qeydiyyatdan keçərək hesab açmaq, hesaba plastik kart vasitəsilə vəsait yatırmaq və ticarət platformasını yükləyərək dünya birjalarına qoşulub müstəqil şəkildə ticarət əqdləri icra etmək üçün bütün imkanlar yaradılmışdır. Qeydiyyat prosedurlarını "MFX-Trading" şirkətinin biznes tərəfdaşı olan "Muğanbank" ASC-nin yerli filialları vasitəsilə də həyata keçirmək mümkündür.
"MFX-Trading" şirkətinin təklif etdiyi xidmətlər siyahısına, həmçinin Microsoft, Nike, Coca-Cola, Apple, McDonald’s, Boeing, American Express, Amazon, Facebook kimi dünyanın aparıcı şirkətlərinin hissə sənədlərinin (səhm) real alışı vasitəsilə investisiya yatrımları etmək imkanları da daxildir.
Valyuta risklərinin hedc edilməsində mühüm əhəmiyyət kəsb edən fyuçers, opsion və digər maliyyə alətləri ilə əməliyyat aparmaq istəyən sahibkarlar üçün Şirkətin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən geniş məsləhət xidmətləri də göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
28 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 31 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
