“AzerGold” ilə Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin beynəlxalq ticarət departamentinin Azərbaycan üzrə direktoru Coel Derbişirlə görüşüb.
QSC-dən MArja-ya daxil olmuş məlumata görə, görüşdə Böyük Britaniyanın dağ-mədən sahəsində çalışan şirkətləri ilə “AzerGold” arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.
Cəmiyyətin sədri Zakir İbrahimov “AzerGold” QSC-nin geoloji kəşfiyyat, hasilat, eləcə də digər sahələr üzrə əldə etdiyi nailiyyətlər, regionlarda yeni mədənlərin işə salınması və dağ-mədən sektorunda iqtisadi səmərəliliyinin artırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.
Fəaliyyət sahələrinin daha da optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə “AzerGold”un beynəlxalq əməkdaşlığa önəm verdiyini bildirən sədr Cəmiyyətin Böyük Britaniya şirkətləri ilə uğurlu tərəfdaşlıq təcrübəsinin olduğunu vurğulayıb.
Böyük Britaniya şirkətlərinin dağ-mədən sənayesində qabaqcıl təcrübəyə sahib olduğunu qeyd edən Coel Derbişir təmsil etdiyi ölkənin Azərbaycanla bu sahə üzrə də tərəfdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Diplomat həmçinin bu tip görüşlərin əməkdaşlığı daha da genişləndirmək baxımından faydalı imkanlar yaratdığını qeyd edib.
Görüşdə dağ-mədən sektorunda inkişaf tendensiyaları müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)


