Azərbaycanda sahibkarlar üçün video təlim platfoması istifadəyə veriləcək
KOBİA: 1200-ə yaxın sahibkar üçün təlim və məsləhət xidmətləri təşkil edilibMikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) bilik və bacarırlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi məqsədilə 2020-ci ildə Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində 4 KOB inkişaf mərkəzi fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaydığı məlumata görə, ötən il bu mərkəzlər tərəfindən müxtəlif mövzularda 100-ə yaxın təlim keçirilib, 2500 saata yaxın məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 1200-dək KOB subyekti, startap və biznesə yeni başlayanlar yararlanıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB inkişaf mərkəzlərində ödənişsiz olaraq KOB subyektləri, startaplar və biznesə başlamaq istəyənlərin biznesyönümlü bilik və bacarıqlarının artırılması üçün təlimlər təşkil olunur, məsləhət xidmətləri göstərilir, təcrübə proqramlarında iştiraka, biznes ideyaların maliyyə resurslarına yönləndirilməsinə dəstək təmin olunur.
Həmçinin, 2020-ci il ərzində KOB inkişaf mərkəzləri tərəfindən ödənişsiz olaraq sahibkarlara 150-yə yaxın biznes planının hazırlanmasında dəstək göstərilib.
KOB inkişaf mərkəzlərinin dəstəyi ilə 2020-ci ildə 10 yeni KOB subyekti yaradılıb ki, bunun 4-ü fərdi sahibkar, 6-sı isə MMC-dir. Yeni yaradılmış sahibkarlıq subyektləri Quba-Xaçmaz iqtisadi rayonu və Sumqayıt şəhərlərində kənd təsərrüfatı və xidmət sektorlarında fəaliyyət göstərirlər. KOB inkişaf mərkəzləri tərəfindən bu KOB-lara dəstək tədbirləri hazırda da davam etdirilir. Eyni zamanda, KOB inkişaf mərkəzlərinin təlim və məsləhət xidmətlərindən yararlanmış qadınlara beynəlxalq layihə çərçivəsində qrant ayrılmasına dəstək göstərilib, mərkəzlərin xidmətlərindən istifadə etmiş 50-dən çox vətəndaş özünüməşğulluq proqramı ilə əlaqələndirilərək müvafiq aktivlərlə təmin olunub.
2020-ci ildə beynəlxalq təcrübənin öyrənilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi məqsədilə 29 sahibkar və menecer “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”dan yararlanıb. KOBİA və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu proqram çərçivəsində 2021-ci ildə də Azərbaycan sahibkar və menecerlərin beynəlxalq təcrübəni öyrənməsi və işgüzar əlaqələrini inkişaf etdirməsi üçün tədbirlər davam etdiriləcək.
Yaxın aylarda həmçinin, KOB subyektlərinin təlim və tədris imkanlarının artırılması, biznes sahəsində qabaqcıl təcrübənin öyrənilməsi üçün video təlim platfoması istifadəyə veriləcək. Bu platformada KOB subyektlərinin ehtiyaclarına uyğun istiqamətlər üzrə təlim videoları, tədris materialları və özünüqiymətləndirmə testləri yerləşdiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 58 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























