Dollar ilə bağlı mühüm qərar açıqlanacaq - GÖZLƏR FED-DƏ
ABŞ Mərkəzi Bankının (Fed) bu gün başa çatacaq pul siyasəti toplantısında faizin sabit saxlanılması barədə qərar veriləcəyi və iqtisadiyyatın gedişini izləməyə davam edəcəyi güman edilir. Fed faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaqdır.
"Marja" xəbər verir ki, Mərkəzi Bank qərar mətnində faizin iyun ayında artıra biləcəyinin siqnalını verə bilər.
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
Dekabr ayında faizi 25 bənd artıran Fed, bundan iki iclas sonra Mart ayında da faizi artırmışdı. Hazırda Fed-in pul siyasəti faizi 0.75 - 1 faiz intervalındadır.
Reuters-in sorğusuna qatılan iqtisadçılar bu ay Fed-in faizlərdə dəyişiklik ediləcəyinə o qədər də ehtimal vermir. İnvestorlar, faizin İyun ayında keçiriləcək növbəti iclasında qaldırılacağını təxmin edirlər.
Fed eyni zamanda, Trump rəhbərliyinin iqtisadiyyata təsir edəcək vergi, kommunal xərclər və tənzimləmə sahələri ilə bağlı Konqresdən keçirəcəyi layihələri görmək istəyir. Hakimiyyətin iqtisadiyyata müsbət təsir edəcək tədbirlər görməsi faiz qərarlarını önə çəkə bilər.
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
ABŞ İQTİSADİYYATI QARIŞIQ SİQNALLAR VERİR
Fed-in son toplantısından bu yana iqtisadiyyatdan qarışıq siqnallar gəlir. ABŞ iqtisadiyyatı ilin ilk rübündə istehlakçı xərclərindəki azalmalar ilə əlaqədar olaraq 0.7 faiz kimi yavaş bir böyümə qeyd edib.
Buna qarşılıq investisiyalardakı artım və əmək haqlarında 10 ilin ən sürətli yüksəlişinin qeyd edilməsi ilin davamında iqtisadiyyatın yeni təkan qazanacağına işarə edir.
ABŞ-da məşğulluq artımı da mart ayında kəskin şəkildə yavaşlayıb. Buna qarşılıq işsizlik 4.5 faiz ilə təxminən 10 ilin ən aşağı səviyyələrində qalmağa davam edib.
İqtisadçılar ABŞ-ın ilk rübdə qeyd etdiyi zəif iqtisadi artımı, yanvar-mart dövrü üçün statistik hesablamalardan qaynaqlanan problemlər və mövsümi səbəblərlə yavaşlayan işə qəbullara bağlayırlar.
Fed-in iyun ayındakı növbəti toplantısına qədər daha iki işsizlik göstəricisi dərc olunacaq.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
BALANSI KİÇİLTMƏK ÜÇÜN NECƏ BİR ÜSUL TƏTBİQ EDİLƏCƏK
Bundan başqa, ekspertlər, Fed tərəfindən maliyyə böhranı zamanı satın alınan 4.5 trilyon dollar məbləğindəki qiyməti kağızlardan ibarət balansı kiçiltmək üçün necə bir üsul istifadə ediləcəyi də maraqla gözlənir.
Fed rəsmiləri martda keçirdikləri iclasın protokollarında bu il iərzində balansın necə kiçildilməsini açıqlayacaqlarını bildirmişdilər.
Balansın kiçildilməsi təqvimi kimi dəqiq məlumatların bu toplantıda açıqlanması gözlənilmir.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 10 d. əvvəl
-
13 d. əvvəl
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
-
- 16 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"ABŞ-ın “sürətli qələbə” və “rejim dəyişikliyi” kimi hədəfləri uğursuz olub"
- 1 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
FED ardıcıl üçüncü il zərər açıqlayıb
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
Tramp: İran razılaşmaq istəyir, amma bunu deməyə qorxur
Ən çox oxunanlar
İran: ABŞ ilə heç bir danışıqlar aparılmır
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
Zəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 bənddə






















