Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İki ölkənin bəzi regionlarından quş məhsullarının idxalına məhdudiyyət qoyulub

iç səhifə xəbər başlığı altı (mobil)_31
İki ölkənin bəzi regionlarından quş məhsullarının idxalına məhdudiyyət qoyulub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan verilən məlumata görə, nagentlik tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Almaniya Federativ Respublikasının Türingiya vilayətindən və Şimali İrlandiyanın Olster əyalətindən bütün növ diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Həmçinin epizootik risk amillərinin mövcudluğu nəzərə alınaraq, Almaniya Federativ Respublikasının Türingiya vilayətinin və Şimali İrlandiyanın qadağa tətbiq edilməmiş digər ərazilərindən ölkəmizə idxal edilən bütün növ diri quş və quş məhsulları yüksək risk qrupuna aid edilərək daxil olan yükün hər partiyasının müvafiq laborator müayinələrə cəlb edilməsi qərara alınıb.

Reklam_3_11

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniya Federativ Respublikasından və Şimali İrlandiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

quş əti
12.01.2021 18:08

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18