Azercell şagird, tələbə və müəllimlər üçün internet paketi istifadəyə verdi
Azercell “Virtual Məktəb” layihəsinə növbəti töhfəsini verir! Təhsil Nazirliyinin çağırışına çevik cavab verən lider mobil operator distant təhsili daha da əlçatan etdi!(®️) Artıq Azercell abunəçiləri distant dərslərə daha rahat qatılacaq! Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC Azərbaycan Respublikası Təhsil Nazirliyinin çağırışına çevik cavab verərək pandemiya dönəmində “Microsoft Teams” platforması üzərindən distant təhsil alan şagird və tələbələri, eləcə də distant iş rejimində çalışan müəllimləri “Təhsil” internet paketi ilə sevindirir.
Azercell “Təhsil” internet paketi çərçivəsində “Microsoft Teams” tətbiqindən bütün əməliyyat platformalarında və istənilən veb-brauzerdə eksklüziv şərtlərlə yararlanmaq imkanı verir. Beləliklə, Azercell abunəçilərinə bu tətbiqdən istifadə etmək üçün 10 GB həcmində interneti gündə cəmi 0,70 AZN-ə, 100 GB həcmində interneti isə ayda cəmi 9,90 AZN-ə təklif edir. Günlük paketə qoşulmaq üçün “tehsil1” açar sözünü, aylıq internet paketi üçün isə “tehsil30” açar sözünü 2525 qısa nömrəsinə göndərmək kifayətdir. Həmçinin internet paketləri Azercell-in çoxfunksional “Kabinetim” tətbiqi vasitəsilə də aktivləşdirmək mümkündür.
Xatırladaq ki, fəaliyyəti boyunca ölkədə təhsilin inkişafına daima töhfə verən Azercell, qlobal sağlamlıq böhranı dövründə də bu ənənəyə sadiq qalır. Belə ki, şirkət “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və Azercell abunəçisi olan 30 min müəllimə dəstək olaraq daha öncə 2 ay ərzində 5GB internet də hədiyyə edib.
Qeyd edək ki, “Təhsil” internet paketindən Azercell-in bütün fiziki şəxs statusuna malik abunəçiləri yararlana bilər.
Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/campaigns_internet/tehsil_paketi/
səhifəsinə keçid etməyiniz xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
28 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 29 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib



























