Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda bu il çay idxalı ixracı 10 dəfəyədək üstələyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda bu il çay idxalı ixracı 10 dəfəyədək üstələyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan ümumi dəyəri 8 milyon 536  min ABŞ dolları dəyərində 1 232.09 ton çay ixrac edib.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin 11 ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 0,5% artıb, həcmi isə 9,3% azalıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,07%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 49 milyon 633 min dollar dəyərində 12 264.34 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 1,3% artıb, həcmi isə 2,2% azalıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,51% təşkil edib.

Göründüyü kimi, cari ilin 11 ayında Azərbaycanda çay idxalı ixracı 10 dəfəyədək üstələyib.

APA

çay
29.12.2020 10:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18