“AccessBank” sahibkarlara xüsusi kredit şərtləri təklif edir
(®️) Azərbaycanda mikromaliyyələşdirmə lideri olan “AccessBank” ölkədə karantin rejimi səbəbindən iqtisadiyyatın sürətinin nisbətən azalmasını nəzərə alaraq, sahibkarlara maliyyə yüklərini yüngülləşdirərək əlavə imkanlar yaradır.
“AccessBank” 10.000 AZN-dən-100.000 AZN-dək kredit əldə edəcək sahibkarlara 31 mart 2021-ci il tarixinədək xüsusi şərtlər təklif edir:
- Kredit müddətinin 60 ayacan uzadılması
- İlk 3 ay ərzində kredit faizinin 12%-ə endirilməsi
- 3 ay ərzində kredit ödəniş tətilinin elan olunması
- əsas borcun ödənilməsi üçün güzəşt müddətinin verilməsi
Təklif olunan şərtlər fəaliyyəti karantin rejimi səbəbindən məhdudlaşdırılmayan bizneslərə şamil edilmir.
Sahibkarlar üçün nəzərdə tutulmuş kreditlər haqqında ətraflı məlumat əldə etmək üçün Bankın 151 Əlaqə mərkəzinə zəng edə, və ya 055 440 01 51 “whatsapp” nömrəsinə yaza bilərsiniz. Banka gəlmədən kredit üçün müraciət edə bilərsiniz:
https://accessbank.az/az/micro/
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Hazırda “AccessBank” tikinti, nəqliyyat, kənd təsərrüfatı, tibb kimi müxtəlif sahələrdə fəaliyyət göstərən müştərilərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 37 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI




























