Daha 250 aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial bağlar” layihəsi üzrə 11 rayonda daha 250 aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır.
Hazırda bağ təsərrüfatlarının salınması üçün seçilən sahələr köhnə bar verməyən ağaclardan, kötüklərdən, daşlardan təmizlənir. Həmçinin sahələr şumlanaraq əkin üçün hazırlanır, çəpərlənir, sahələrə su xətləri çəkilir, suvarma sistemləri qurulur, tinglər əkilir.
Layihə çərçivəsində müxtəlif relyefə, coğrafi əraziyə və struktura malik ümumilikdə 110 hektar torpaq sahəsinə 80 mindən çox müxtəlif məhsuldar meyvə tinglərinin əkilməsi nəzərdə tutulur. Sahələrdə müasir damla suvarma sistemlərinin qurulması da təmin olunacaq.
Layihə iştirakçılarına aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək göstəriləcək.
Qeyd edək ki, layihə çərçivəsində son iki ildə 375 aztəminatlı ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
12 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
-
- 15 d. əvvəl
- 17 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
33 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
51 d. əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
























