Sərt karantin rejimi onlayn satışda çətinlik yaratdı – SAHİBKARLARDAN ETİRAZ
Sahibkarların və işçilərin onlayn satışı həyata keçirmələri üçün hərəkətlərinə icazə verilmirBu gündən yenidən ölkəmizdə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqinə başlanıb.
Sərtləşdirilmiş xüsusi karantin rejimi müddəti dövründə bir çox sahələrin fəaliyyətinə icazə verilməyəcək. Eyni zamanda, vətəndaşların hərəkətinə SMS ilə və ya “icaze.e-gov.az”dan alınmış icazə əsasında icazə veriləcək.
Nazirlər Kabinetinin qərarına görə, Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla), ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri tərəfindən yalnız çatdırılma xidməti (onlayn satış) göstərilə bilər.
Marja-nın əldə etdiyi məlumata görə, ticarət və ictimai iaşə sahəsindəki sahibkarlar çətinlik ilə qarşılaşıblar. Belə ki, ticarət və ictimai iaşə müəssisələrinin işçiləri onlayn satışı həyata keçirmək üçün obyektə və ya anbara getməlidirlər. Lakin bunun üçün sahibkarlara və işçilərinə icazə verilmir. Marja ilə əlaqə saxlayan sahibkarlar qaydalardan narazıdırlar.
Sahibkarlar özləri və işçiləri üçün gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalından icazə ala bilmirlər. Məlumatları daxil edən sahibkarlara aşağıdakı cavab göndərilir:
“Sizin fəaliyyət istiqamətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 08 dekabr tarixli 488 nömrəli Qərarında nəzərdə tutulan fəaliyyət istiqamətinə aid olmadığından, icaze.e-gov.az saytından icazə almağınız mümkün deyil”.
Qısası, fəaliyyət istiqaməti üzrə yerində xidmətə icazə verilməməsi onlayn satışa da imkan vermir. Çünki, iş adamları mağazalarda olan əşyaları evlərinə daşıyaraq onlayn satış həyata keçirməli deyillər, bunun üçün bir neçə işçi obyektdə olmalı, həmçinin məhsulları evlərə çatdıran işçilər işə çıxmalıdırlar.
Verilən məlumata görə, onlayn satış üçün işə çıxan işçilər “icaze.e-gov.az” portalından icazələri olmdığına görə cərimələnir.
Digər bir məlumata görə, sahibkarlara Dövlət Vergi Xidmətinə yaxınlaşaraq təsnifat kodunu dəyişməyi tövsiyə olunur. Bir çox sahibkarlar gələcəkdə problemlər yaranacağını nəzərə alaraq bu təklifdən imtina edirlər.
Xəbər verdiyimiz kimi, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri tətbiq ediləcək. Qərara əsasən, işçilər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
13 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
-
42 d. əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 1 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 20 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"






















