Yanacaq üçün ödəniş etmək asanlaşdı - İSTİFADƏ QAYDASI
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın vasitəçiliyi ilə Visa, “SOCAR PETROLEUM” QSC və E-PUL ödəmə xidməti, SOCAR yanacaqdoldurma məntəqələri şəbəkəsində QR kod texnologiyasına əsaslanan ödəmə həllini təqdim edir.
PAŞA-Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, artıq istehlakçılar Azərbaycanın bütün ərazisindəki SOCAR şəbəkəsinin yanacaqdoldurma məntəqələrində E-PUL mobil tətbiqindən istifadə edərək yanacaq üçün asanlıqla nağdsız ödəniş edə biləcəklər.
Bu xidmət, ödənişlərin qəbulu üçün POS terminal istifadəsini smartfonla əvəzləməyə, eyni zamanda pandemiya zamanı fiziki əlaqələrin sayını minimuma endirməyə imkan verir.
Visa ilə PaySis arasındakı sıx strateji əməkdaşlıq çərçivəsində yenilikçi QR ödənişlərinin həyata keçirilməsi gerçəkləşdirilir və Azərbaycanda ekvayrinq xidmətlərinin əhəmiyyətli bir hissəsini əhatə edir. PAŞA Bankın bu sahədəki dərin təcrübəsi və innovativ texnologiyaların tətbiqindəki öncəliyi prosesi asanlaşdıraraq daha çox biznesləri rahat, təhlükəsiz və qənaətli xidmətdən istifadə etməyə cəlb edir. İstifadəçilər üçün bu texnologiyanın üstünlüyü ödəmə metodunda seçim və prosesinin asanlığındadır.
“QR kod ilə ödəmə texnologiyası o qədər çox yönlü və istifadəsi asandır ki, müştəri bazasını genişləndirmək istəyən iri müəssisələr və xərcləri azaltmaq üçün yol axtaran kiçik və orta seqmentlər üçün eyni dərəcədə faydalı olacaqdır. QR kod ilə ödəmə yanacaqdoldurma məntəqəsi müştəriləri üçün prosesi maksimal asanlaşdıraraq üzərində nəinki nağd vəsait, eləcə də ödəmə kartı gəzdirməyə ehtiyac yaratmadan sürətli və rahat ödəməni təmin edir” - deyə Vizanın Qafqaz region üzrə meneceri Kristina Doroş bildirib.
“Neft sektorunun bu layihəni bu qədər ciddi və operativ şəkildə qəbul etməklə istehlakçılara yenilikçi QR kod ilə ödəmə xidmətini təqdim etməsi, bununla da nağd pula daha az asılılığı olan rəqəmsal iqtisadiyyata keçiddə vasitəçilik etməsində məmnunuq” - PaySis şirkətinin E-PUL ödəmə xidmətinin baş direktoru Samir Nəsibov bildirib.
“Nağdsız ödənişlər və fiziki təmasları məhdudlaşdırmaq, bu günkü pərakəndə bazarda əsas tendensiyalarının özəlliklərini əks etdirən innovativ QR-ödəmələr xidmətinin vacib xüsusiyyətləridir. SOCAR YDM şəbəkəsində Visa QR ödənişlərinin və E-PUL mobil tətbiqetmənin istehlakçılara təqdimi müştərilərimiz üçün yeni rahat və təhlükəsiz ödəmə şərtləri yaradaraq məmnuniyyətlərinin artmasına töhfə verəcək ki bu da SOCAR üçün prioritetdir" - deyə SOCAR PETROLEUM QSC-nin İnnovasiyalar üzrə baş direktor müavini Elnur Mustafayev bildirib.
“Yerli bazarda müasir texnoloji həlləri tətbiq edən ölkənin aparıcı maliyyə qurumlarından biri olan PAŞA Bank, Azərbaycanda QR ödənişlərinin əhatə dairəsini genişləndirmək üçün layihənin həyata keçirilməsinə məmnuniyyətlə dəstək verir. Bu texnologiyadan istifadə edərək yanacaqdoldurma məntəqələrində təqdim olunan ödəmə aləti yeni iş imkanları açmaqla yanaşı, nağdsız ödənişləri qəbul etmək üçün avadanlıq əldə etmə və avadanlıq xərclərini də optimallaşdırmağa imkan verir, həm də adi prosesi son istifadəçi üçün daha da asanlaşdırır və daha rahat edir. Əminəm ki, QR kod ilə ödəmə texnologiyasının tətbiqi miqyasının genişləndirilməsi bundan sonra da Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsinə mühüm töhfə verəcəkdir” - deyə PAŞA Bankın İdarə Heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucov bildirib.
Xidmətdən istifadə etmək üçün istehlakçılar aşağıdakıları etməlidirlər:
-Android və ya IOS üçün E-PUL mobil tətbiqini yükləməli;
-Visa kartı qeydiyyatdan keçirilməli və mobil tətbiqetmə ilə əlaqələndirməli;
-Kassa operatoru yanacaq doldurduqdan sonra yanacaq nasosuna quraşdırılmış QR kodu skan etməli; tətbiqdə yanacaq üçün ödənməli olunan məbləği bir toxunuşla təsdiqləməlidirlər.
Sözü gedən layihə çərçivəsində E-PUL Visa ilə birlikdə 14 dekabr 2020-ci il tarixindən yeni təşviqat kampaniyasına start verir. SOCAR yanacaqdoldurma məntəqələrində QR vasitəsilə Visa kartlarından ödəniş edən E-PUL istifadəçiləri ilk etdikləri 10 AZN və daha artıq ödənişlərdə 5 AZN dəyərində endirim qazanacaqlar.
Bundan başqa QR kodla ödəniş edərək SOCAR tərəfindən 3 ay keçiriləcək lotereyada iştirak etmə hüququ qazanan 5 E-PUL istifadəçisi hər ay 100 AZN dəyərində kupon əldə etmə şansı qazanacaqlar.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 3 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb






















