Naxçıvanda “ASAN xidmət” mərkəzi üçün binanın inşası davam etdirilir
Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzi üçün inşa edilən binada işlər sürətlə davam etdirilir.
Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq binada tikinti işlərini “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının inşaatçıları həyata keçirir. İş icraçısı Orxan Orucovun bildirdiyinə görə, hazırda tikilinin təməlində izolyasiya tədbirləri aparılır, zirzəmi hissədə kommunikasiya xətlərinin quraşdırılması üçün yerlər hazırlanır. Birinci və ikinci mərtəbədə hörgü işləri görülür, üçüncü mərtəbəyə beton qatı verilir.
Layihəyə əsasən binanın zirzəmisində yeməkxana, anbar, texniki otaq, qazanxana, bufet, mətbəx, arxiv, digər mərtəbələrdə psixoloji xidmət, həkim, mühafizə, işçilər üçün digər otaqlar, iclas zalı, arxiv və ofis, laboratoriya yerləşəcək. Xarici görünüşü, daxili dizaynı və tərtibatı ilə seçiləcək mərkəzdə vətəndaşlara operativlik, məsuliyyət və rahatlıq prinsipləri əsasında müasir tələblərə cavab verən zəruri xidmətlər göstəriləcək.
Qeyd edək ki, muxtar respublikada son illərdə insanların rahatlığına xidmət edən bir sıra iri layihələr icra olunur ki, bunların sırasında “ASAN xidmət” mərkəzi xüsusi əhəmiyyəti ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 16 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu məqsədlə 8,8 milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Sərəncamı ilə “ASAN xidmət” mərkəzi yaradılıb, 2 hektara yaxın torpaq sahəsi ayrılıb, aprel ayından etibarən mərkəz üçün yeni binanın tikintisinə başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















.jpg)
