Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yaponiyada koronavirus peyvəndi ödənişsiz olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaponiyada koronavirus peyvəndi ödənişsiz olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaponiyada Parlament, 2021-ci ilin ilk yarısında yeni növ koronavirusa (Covid-19) qarşı xalqın peyvənd edilməsilə əlaqədar xərclərin hökumət tərəfindən qarşılanmasını ehtiva edən qanun layihəsini qəbul edib.

Marja xəbər verir ki, Yaponiya hökuməti xalqın peyvənd edilməsi üzrə bütün xərcləri qarşılayacaq.

Peyvəndin səhətdə problemlərə səbəb olması halında, müalicə xərcləri yenə hökumət tərəfindən ödənəcək. Peyvənd istehsalçılarının, baş verə biləcək zərərlərə görə təzminat ödəmələri də təmin ediləcək.

Hökumət xalqa, peyvəndlərin təsir və təhlükəsizliyinin kafi səviyyədə sübut edilməməsi vəziyyətində peyvənd edilməyi rədd etmək haqqı verir.

Baş nazir Suga Yoşihide, gələn ilin ilk yarısında ölkədə qeydiyyatda olan 126 milyon adamın peyvənd edilməsini hədəflədiklərini söyləmişdi.

Yaponiya indiyə qədər peyvənd istehsalçıları Pfizer, Moderna, AstraZeneca  ilə cəmi 6,4 milyard dollarlıq müqavilələr bağlayıb.

peyvənd Pfizer Moderna AstraZeneca
03.12.2020 07:29

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18