“AzerGold”un istiqrazlarına sifariş aşağı düşüb
İkinci yerləşdirmə zamanı 10 milyon dollarlıq təklifə 18 milyon dollarlıq sifarişlər verilib. İlk 10 milyon dollarlıq yerləşdirmə zamanı sifarişlərin məbləği 25 milyon 592 min 600 ABŞ dolları təşkil etmişdi.30 noyabr 2020-ci il tarixində Bakı Fond Birjasında “AzerGold” QSC-nin AZ2002019878 dövlət qeydiyyat nömrəli, 10 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Birjadan Marja-ya daxil olmuş məlumata görə, hərrac zamanı 37 investor tərəfindən qiymət intervalı 100.0000 (4.00%) və 103.4239 (3.00%) olan 46 sifariş təqdim edilmişdir. Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.0681 (3.50%), orta ölçülmüş qiyməti 102.4759 (3.35%) müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 18 milyon 443 min ABŞ dolları təşkil etmişdir.İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon ABŞ dolları təşkil etmişdir.
Qeyd edək ki, 24 sentyabr tarixində “AzerGold” QSC-nin istiqrazlarının birinci tranş üzrə 10 milyon ABŞ dolları həcmində olan yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilmişdir və orta ölçülmüş qiyməti 101.7493 (3.38%) müəyyən edilmişdir. Hərrac zamanı 40 investor tərəfindən 88 sifariş təqdim edilmişdi. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 milyon 592 min 600 ABŞ dolları təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
9 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
.jpg)








.jpg)






