Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Fitch" Azərbaycanın icmal büdcəsi üzrə proqnozunu yaxşılaşdırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fitch" Azərbaycanın icmal büdcəsi üzrə proqnozunu yaxşılaşdırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Fitch Ratings" beynəlxalq agentliyi bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 5,7% təşkil edəcəyini proqnozlaşdırır, halbuki ötən proqnoz kəsirin ÜDM-in 6,8%-ə bərabər olacağına vəd edirdi.

"Fitch"in tədricən artan neft qiymətləri ssenarisinə əsasən, 2021-ci ildə ölkənin icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 4,4%-ə, 2022-ci ildə isə 1,1%-ə enəcək.

"2021-ci və 2022-ci illərdə Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişədən sonrakı yenidənqurma üçün yönələn kapital xərclərinin ÜDM-ə nisbəti 0,6 faiz bəndi artacaq ki, layihənin yaxın həftələrdə 2021-ci ilin büdcəsinə daxil edilməsi gözlənilir", - hesabatda deyilir.

Qeyd edək ki, "Fitch"in ölkənin dövlət borcu üzrə gözləntiləri dəyişməyib və proqnoz ÜDM-in 23% səviyyəsində saxlanılıb.

Xatırladaq ki, ötən il icmal büdcəsinin profisiti 7,343 mlrd. manat təşkil edib və bu da ÜDM-in 9%-nə bərabər olub, xarici dövlət borcu isə 15,455 mlrd. dolar və ya ÜDM-in 18,9%-ni təşkil edib.

APA

23.11.2020 10:07
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18