Artıq “Asan İmza” SİM kartını SMS vasitəsilə uzatmaq mümkündür
Bu gün dünyanın böyük bir hissəsinin uzaq məsafədən işlədiyi bir vaxtda elektron xidmətlərdən istifadənin sadələşdirilməsi vətəndaşlarımız üçün xüsusilə vacibdir.
B.EST Solutions şirkətindən Marja-ya daxil olmuş məlumata görə, "Asan İmza" mobil elektron imzanın texniki operatoru və Rəqəmsal Ticarət Qovşağının partnyoru B.EST Solutions ilə birlikdə ölkədə aparıcı mobil operator olan “Azercell Telekom” MMC tərəfindən "Asan İmza" gücləndirilmiş mobil elektron imza sahiblərinə daha bir yenilik təqdim edildi.
Bu həftədən etibarən “Azercell Telekom” MMC mobil operator şəbəkəsinin abunəçiləri olan “Asan İmza” mobil elektron imza istifadəçiləri mobil operatorun Müştəri Xidmətləri Mərkəzlərinə getmədən “Asan İmza” xidmətli SİM kartın müddətini SMS vasitəsilə uzada biləcəklər. Unutmaq lazım deyil ki, “Asan İmza” xidmətli SİM kartın SMS vasitəsilə uzadılması kifayət etmir, istifadəçilərdən eyni zamanda vergi ödəyicisinin e-taxes.gov.az vahid İnternet portalında onlayn şəkildə “Asan İmza” sertifikatlarının müddətinin bitməsinə 30 gün qalmış “Asan İmza” sertifikatlarını növbəti 3 il müddətinə uzatmaq tələb olunur. “Asan İmza” sertifikatının etibarlılıq müddəti bitdikdən sonra onun onlayn rejimdə uzadılması mümkün olmayacaq və istifadəçi sertifikatı yeniləmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) fiziki olaraq müraciət etməli olacaqdır.
Beləliklə, mövcud SİM kartda “Asan İmza” xidmətini növbəti 3 il müddətinə uzatmaq üçün vətəndaşlardan “8500” qısa nömrəsinə aşağıdakı açar sözlərdən birini qeyd edərək, SMS göndərmək tələb olunur:
«ferdi» - fiziki şəxslər üçün;
«biznes» - hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər üçün;
«dovlet» - dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün.
“Asan İmza” xidmətinin etibarlılıq müddəti haqqında məlumat əldə etmək üçün “8500” qısa nömrəsinə “status” açar sözünü SMS vasitəsilə göndərmək lazımdır. Xidmətin müddətinin SMS vasitəsilə uzadılması ilə bağlı “İstifadəçi Təlimatı” ilə bu link https://www.azercell.com/media/html/files/SMS%20vasitesi%20ile%20uzadilma.pdf vasitəsilə ətraflı tanış olmaq mümkündür.
Vətəndaşlar “1847” – “Asan İmza” Çağrı Mərkəzinə zəng etməklə və ya [email protected] elektron poçt ünvanına məktub yazmaqla “Asan İmza” ilə bağlı suallarına cavab ala bilərlər.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 18 d. əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 8 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















