Kapital Bank POS terminallarını istifadə edən sahibkarlara endirimlər edir
Kapital Bank POS terminal istifadəçilərinə qeyri-bank məhsulları üzrə yeni fürsətlər təqdim edir(®️) Kapital Bank sahibkarlara dəstək göstərmək, həmçinin iqtisadi subyektlərin bank xidmətləri üzrə xərclərinin azaldılması məqsədi ilə bankın POS terminal istifadəçilərinə bir sıra güzəşt və fürsətlər təqdim edir. Bunu etməklə Kapital Bank, hər zaman sahibkarları dəstəklədiyini, asan olmayan vəziyyətdə onlara optimal şərtlər təqdim etdiyini və qeyri-bank məhsullarının çeşidini genişləndirdiyini nümayiş etdirir.
Şərtlərə görə, Kapital Bank-ın POS terminal xidmətindən istifadə edən sahibkarlar üçün bir sıra qeyri-bank məhsullarına endirimlər təqdim olunur. Belə ki, smart kassa, e-commerce üçün sayt və mobil tətbiqlərin yaradılması, daxili sistemlərin idarə edilməsi və smart kassaya inteqrasiyası, məhsulların kuryerlə çatdırılması, sığorta, SMS reklam və şirkət əməkdaşları üçün təlimlərin keçirilməsi kimi xidmətlər, Kapital Bank-la əməkdaşlıq edən sahibkarlara vendorlar tərəfindən xüsusi endirimli tariflərlə həyata keçirilir.
Qeyd edək ki, Kapital Bank-ın çox funksiyalı Smart Kassa və POS-terminallarını əldə etmək istəyənlər 196 Sorğu Mərkəzinə və ya (+99 450) 255 01 96, (+99 451) 206 52 49 qaynar xəttinə müraciət edə bilərlər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 13 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?























