Azərbaycanın Rusiya ilə münasibətləri pisləşərsə ixracımız nə qədər azala bilər?
Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyat keçirir. Məhv edilən hərbi texnikalar da sübut edir ki, Rusiya, iqtisadiyyatı çökmüş vəziyyətdə olan düşmən ölkəyə təmənnasız şəkildə milyardlarla dollar dəyərində hərbi texnikalar bağışlayıb.
Bəs ən pis ssenaridə, Rusiya Ermənistanı açıq şəkildə dəstəkləyərsə və nəticədə Azərbaycanın Rusiya ilə münasibətləri pisləşərsə ölkəmizin qeyri neft-qaz məhsullarının ixracı nə qədər azala bilər?
2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda qeyri neft-qaz məhsullarının ixracı 1 milyard 153,2 milyon dollar təşkil edib və bu ixracın 39%-i və ya 450 milyon dolları Rusiyaya həyata keçirilib. Azərbaycanın cəmi ixracının 4,7 faizini isə Rusiyaya göndərilmiş məhsulların dəyəri təşkil edib. Göründüyü kimi, rəqəmlər çox böyük deyil, yeni bazarlar tapmaqla azalan ixracı bərpa etmək olar.
Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 18,7 faizi Rusiya ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür. İdxalın əvəzlənməsi elə də çətin deyil, yerli və Türkiyə məhsulları Rusiya istehsalı olan məhsulları qısa müddətdə əvəz edə bilər.
Dövlət Statistika Komitəsinin dünən yaydığı məlumatda bildirilir:
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 15 milyard 667,8 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 8 milyard 977,3 milyon dollarını və ya 57,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 6 milyard 690,5 milyon dollarını (42,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2 milyard 286,8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 29,8 faiz, real ifadədə 22,9 faiz, o cümlədən idxal 42,2 faiz, ixrac isə 8,9 faiz azalmışdır.
2020-ci ilin yanvar-avqust aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 9,7 faiz, real ifadədə isə 18,4 faiz azalaraq 1 milyard 153,2 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,2 faizini İtaliyaya, 19,4 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, hər biri 4,2 faiz olmaqla Çin və Hindistana, 3,9 faizini İsrailə, 3,5 faizini Yunanıstana, hər biri 3,4 faiz olmaqla Xorvatiya və Gürcüstana, 2,8 faizini Ukraynaya, 2,3 faizini İspaniyaya, 1,9 faizini Çexiyaya, 1,7 faizini Tunisə, 1,5 faizini Almaniyaya, 11,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (39,0 faiz), Türkiyəyə (19,7 faiz), İsveçrəyə (12,0 faiz), Gürcüstana (8,0 faiz), Çinə (2,8 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (1,8 faiz), Qazaxıstana (1,5 faiz), İrana (1,2 faiz), Belarusa (1,0 faiz), Türkmənistana (1,0 faiz), ABŞ-a (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,7 faizi Rusiya, 14,7 faizi Türkiyə, 13,3 faizi Çin, 7,4 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,2 faizi Ukrayna, 4,1 faizi İtaliya, 3,0 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 2,0 faizi Yaponiya, 1,8 faizi Koreya, 1,7 faizi Fransa, 21,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
Müştərilərin xəbərləri
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
5 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
23 d. əvvəl
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
-
26 d. əvvəl
CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
- 32 d. əvvəl
-
1 saat əvvəl
PAŞA Bank və PAŞA Həyat əməkdaşlığı çərçivəsində yeni kredit məhsulu təqdim edir
-
1 saat əvvəl
Qızıl ABŞ -İran razılaşması nikbinliyi ilə həftəyə bahalaşma ilə başlayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
“İnvest-AZ” böyüyüb, gəlirləri artıb - MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
3 saat əvvəl
“PAŞA Kapital”ın xalis mənfəəti artıb - MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft razılaşma ümidilə kəskin ucuzlaşıb
Bu BOKT-un aktivləri 5 dəfədən çox artıb, zərərdən mənfəətə keçib
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 19 GÜN
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 25-də gözlənilən hava şəraiti
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
















.jpg)



