“AS Group” şirkəti düşmən tərəfindən evləri dağıdılan ailələrə yardım etdi
“AS Group” şirkəti ölkənin hərbi rejim dövründə də özünün korporativ sosial məsuliyyətinə sadiqdirÖlkəmiz və vətəndaşlarımız qarşısında daim özünün sosial məsuliyyətini qoruyan “AS Group” şirkəti hərbi rejim dövründə da ənənələrinə sadiqdir. Şirkət dövlətimizin torpaqlarımızın azadlığı uğrunda apardığı Vətən Müharibəsi dövründə özünün sosial məsuliyyətini əsas tutaraq Füzuli rayonunda düşmən zərbələri nəticəsində evləri dağıdılan, başqa kəndlərə, qəsəbələrə yerləşdirilən insanlara dəstək olub.
Evlərindən məcburən köçürülən vətəndaşlarımıza “AS Group” 235 ədəd ərzaqla dolu yardım qutuları ilə köməklik göstərib. Şirkət həmçinin ordumuza özünün balansında olan texnikası ilə də dəstək olub.
Bundan başqa “AS Group” şirkəti könüllü olaraq cəbhəyə yollanan özünün 20-yə yaxın əməkdaşının ailələrinə maddi və mənəvi dəstək olmağa çalışır.
2003-cü ildən fəaliyyətə başlayan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən “AS Group” fəaliyyət göstərdiyi illər ərzində ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında sosial məsuliyyətini anlayaraq daim müxtəlif layihələrə dəstək olub. Şirkət həmçinin ölkəmizdə COVİD 19-la mübarizə səbəbindən tətbiq edilən karantin rejimi ərzində bölgələrimizdə 500-ə yaxın ailəyə ərzaq yardımı ilə dəstək olub. Bundan başqa “AS Group” Koronavirusla Mübarizə Fonduna ilk ianə edən şirkətlərdəndir.
Hər şey vətən üçün!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
38 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







