“Azərsu”da meqa zərər - DAHA DA ARTIB
Şirkət ötən il 592 milyon 488 min manat xalis zərərə məruz qalıb.
Dövlətə məxsus “Azərsu” ASC 2019-cu ili 592 milyon 488 min manat xalis zərər ilə başa vurub. "Marja.az" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Azərsu” ASC-nin xalis zərəri 112 milyon 287 min manat artıb.
“Azərsu” 2018-ci ili 480 milyon 201 min manat zərər ilə bağlamışdı.
30 Sentyabr 2019-cu il tarixində "Azərsu" ASC-nin yığılmış zərəri 6 milyard 977 milyon 191 min manat təşkil edib.
Şirkətin satışdan gəlirləri 2018-ci ildəki 176 milyon 715 min manatdan 2019-cu ildə 193 milyon 36 min manata yüksəlsə də əməliyyat xərclərinin daha çox artması ilə əlaqəıdar olaraq zərər yüksəlib.
"Azərsu" xalis zərəri "yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi"və "1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən 2 dəfəyə yaxın çox olması" ilə əlaqələndirir.
“Azərsu” ASC-nin 31 dekabr 2019-cu il tarixində başa çatan il üzrə Konsolidasiya edilmiş maliyyə hesabatda bildirilir:
"Fəaliyyətin fasiləsizliyi prinsipi Qrupun (“Azərsu” ASC və onun törəmə müəssisələri) fəaliyyətini yaxın gələcəkdə davam etdirəcəyini, aktivlərini realizə edə biləcəyini və fəaliyyətinin adi gedişində öhdəlik və təəhhüdlərini yerinə yetirə biləcəyini nəzərdə tutur. İnfrastruktur layihələrində əhəmiyyətli cari investisiyalar nəticəsində Qrupun cari öhdəlikləri cari aktivlərindən 31 dekabr 2019-cu il və 31 dekabr 2018-ci il tarixlərinə, müvafiq olaraq, 232 milyon 755 min manat və 300 milyon 448 min manat çox olmuşdur. Qrup 31 dekabr 2019-cu il tarixində başa çatan il üzrə 592 milyon 488 min manat (2018-ci il 480 milyon 201 min manat) məbləğində xalis zərərə məruz qalmışdır.
Qrup su təchizatı və kanalizasiya xidmətləri üzrə dövlət inhisarının bir hissəsidir və Dövlət Qrupun cari investisiya layihələri ilə yanaşı fəaliyyətinə kömək etmək məqsədi ilə maliyyələşdirməni davam etdirir. Qrup Azərbaycan Respublikasında aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyəti ilə məşğuldur və müntəzəm olaraq Dövlətdən maddi yardım alır.
Tarixən Qrupun əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olmuşdur. Qrupun 2019-cu il üzrə müvafiq qanunvericiliyə uyğun hazırlanmış hesabatlarında 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.42 AZN, orta satış qiyməti isə 0.75 AZN olmuşdur. Hesabat ilində 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən 2 dəfəyə yaxın çox olmuşdur. Rəhbərlik gələcəkdə pul vəsaitlərinin axınını təmin etmək məqsədilə yeni infrastruktur layihələrinin tikintisi, həmçinin, mövcud qurğuların təmiri ilə bağlı Master Plan işləyib hazırlamışdır. Bu da Qrupa abunəçilərinin sayını artırmaq, debitor borclarını toplamaq, satış üzrə zərərlərini azaltmağa imkan yaradacaqdır. Bundan əlavə, 13 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Tarif Şurası su və kanalizasiya xidmətləri üzrə müştərilərə tətbiq edilən satış tariflərinin artımını təsdiq etmişdir. Bu yeni tariflər 16 may 2016-cı il tarixindən qüvvəyə minmişdir. Nəticədə, hazırda tikilməkdə olan əsas layihələrin başa çatmasından sonra Qrupun maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaqdır. Qrup fəaliyyətini davam etdirmək və cari investisiya layihələrini başa çatdırmaq üçün Dövlət tərəfindən təqdim olunan maliyyələşmələrdən asılı vəziyyətdə qalmaqdadır".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 44 d. əvvəl
- 47 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
16 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 16 saat əvvəl
-
16 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
