Azərbaycandan BƏƏ-yə ixrac olunacaq məhsulların siyahısı açıqlanıb
Azərbaycan nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində aprelin 20-də Dubayda Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası və Komissiyanın həmsədrləri - Azərbaycan İqtisadiyyat naziri Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri arasında görüş keçirilib.
Nazirlikdən "Marja"ya verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan və BƏƏ arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb.
Qeyd olunub ki, qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynayır, kənd təsərrüfatı, İKT, enerji, ticarət, investisiya qoyuluşu, təhsil və s. sahələrdə əlaqələr uğurla davam edir. Ş.Mustafayev mövcud imkanlardan səmərəli istifadə etməklə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb, müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb. Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyinin 2012-ci ildə Bakıda açıldığını vurğulayan Ş.Mustafayev BƏƏ-yə ticarət nümayəndəsinin təyin olunması və ticarət evinin açılmasının mümkünlüyünü bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Sultan bin Səid Əl-Mansuri ölkəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini, əlaqələrin uğurla inkişaf etdiyini, Azərbaycanın geniş tərkibli nümayəndə heyəti ilə Dubaya səfərinın Azərbaycanın da əlaqələrin genişləndirilməsinə marağının göstəricisi olduğunu vurğulayıb.
BƏƏ tərəfi Azərbaycan məhsullarının bu ölkəyə ixracını dəstəklədiyini vurğulayıb, BƏƏ-yə təyin ediləcək ticarət nümayəndəsinə və bu ölkədə Azərbaycan ticarət evinin açılmasına dəstək göstəriləcəyini bildirib.
Hökumətləarası Komissiyanın iclasında və nazirlərin görüşündə bir daha vurğulanıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BƏƏ-nin mövqeyi dəyişməzdir, BƏƏ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir. Qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatının 2016-cı ilin oktyabrında Daşkənddə keçirilmiş xarici işlər nazirlərinin 43-cü sessiyasında üzv dövlətlərə Dağlıq Qarabağ regionu daxil olmaqla, Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilmiş məhsulların onların ərazilərinə idxalına, ixracına və satışına, eləcə də bu ərazilərdə şirkətlərin iqtisadi fəaliyyətdə iştirakına yol verilməyəcəyi barədə çağırış əks olunub.
İclasda həmçinin, ölkələrimiz arasında əlaqələrin inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb, ölkələrimiz arasında zəruri müqavilə-hüquqi bazanın yaradıldığı qeyd olunub. BƏƏ tərəfindən Azərbaycana 778,1 mln. dollar, Azərbaycandan BƏƏ-yə isə 284,4 mln. dollar investisiya qoyulub. Azərbaycanda 255 BƏƏ şirkəti qeydiyyata alınıb. Hazırda Bakı-Dubay və Bakı-Şarjah aviareysləri fəaliyyət göstərir, Abu Dabi-Bakı reysinin də açılması nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, viza rejiminin sadələşdirilməsi və “ASAN Viza”nın tətbiqi nəticəsində son 2 ildə BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 30 dəfə artıb. Azərbaycan-BƏƏ Biznes Şurasının fəaliyyətinin aktivləşdirilməsi, ticarət məlumatlarının mübadiləsi də əlaqələrin genişləndirilməsində əhəmiyyətli ola bilər.
Azərbaycandan BƏƏ-yə bir sıra kənd təsərrüfatı (fındıq, pomidor, xurma, alma, albalı, gilas, xiyar, tütün, şokolad, üzüm və s.), sənaye (alüminium plitə, borular, elektrik naqilləri və s.), həmçinin kimya məhsulları ixrac oluna bilər.
Azərbaycan məhsullarının BƏƏ-də təbliği məqsədilə artıq bu ölkəyə Azərbaycan iş adamlarından ibarət ixrac missiyası göndərilib, Azərbaycan məhsulları vahid ölkə stendi ilə Dubayda nümayiş olunub. Ümumiyyətlə, son 10 ildə Azərbaycan və BƏƏ iş adamlarının iştirakı ilə 20 tədbir keçirilib. Azərbaycan şirkətləri “Dubay Expo-2020” Sərgisinə də dəvət edilib. Həmçinin, BƏƏ investorlarının iştirakı ilə Azərbaycanda yeni emal müəssisələri yaradılması, BƏƏ iş adamları tərəfindən ölkəmizdə yaradılan sənaye parkları və zonalarına investisiya qoyulması müzakirə olunub.
Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri imzalayıb. Protokolda sənaye, energetika, bərpa olunan enerji, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, nəqliyyat, ticarət, investisiyalar, ətraf mühit, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
28 d. əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
-
- 35 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
4 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib






.jpg)






.jpg)










