“Bazar payımız 23 faizdir, bu dolğun məlumat bazası deməkdir” – BANK SƏDRİ
"“PAŞA Bank"ın əsas məqsədi ölkə iqtisadiyyatının inkişafına töhfə vermək olduğundan, istiqraz buraxılışı hadisəsi bizim üçün əhəmiyyətlidir”
Marja xəbər verir ki, bunu, “AzerGold” QSC-yə aid istiqrazların Bakı Fond Birjasında tədavülə buraxılması münasibətilə keçirilən “Açılış zəngi” mərasiminidə “PAŞA Bank” ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov bildirib.
"PAŞA Bank"ın sədri qeyd edib ki, pandemiya dünya iqtisadiyyatında böhrana səbəb olsa da, qlobal qiymətli metallar bazarlarında fürsətlər yaranıb:
“Pandemiya dünya iqtisadiyyatına mənfi təsir edib. Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatına inteqrasiya olunduğu üçün bu mənfi təsirdən yan keçə bilməzdi. Lakin ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində tətbiq olunan islahatlar və təşəbbüslər bu təsrin daha yumşaq olmasına səbəb olur. Mən əminəm ki, iqtisadiyyatımız ən az zərbə alan iqtisadiyyatların arasında olacaqdır. Bu mənfi təsir bəzi sahələrdə yüksəkdir, bəzi sahələrdə yeni imkanlar və fürsətlər yaranıb. Qlobal qiymətli metallar bazarlarında yaranan fürsətlərdən və biznes imkanlardan istifadə etmək üçün yerli mədən şirkətimiz “AzerGold” istiqraz buraxılışına qərar qəbul etmişdir.
“PAŞA Bank” ASC Azərbaycanda ən böyük özəl bankdır. Kredit portfeli nöqteyi-nəzərindən real sektorda bizim bazar payımız 23 faizdir. Bu isə, dolğun məlumat bazası və ekspertiza deməkdir. Biz bu imkanlarımızı istifadə edərək müştərilərimizə, indiki halda “AzerGold” şirkətinə səmərəli məsləhət, investorların cəlb edilməsi və istiqrazların yerləşdirilməsi xidmətlərini göstəririk. Bizim üçün belə hadisələr çox əhəmiyyətlidir. Çünki PAŞA Bankın əsas məqsədi ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdir, sahibkarlığın inkişafına dəstək olmaqdır. Əminəm ki, bugünkü hərracın nəticələri uğurlu olacaqdır”.
Qeyd edək ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayterliyi ilə, ümumi dəyəri 20 milyon ABŞ dolları olan (hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 200 min ədəd istiqraz) və birinci tranş üzrə 10 milyon ABŞ dolları həcmində buraxılan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
“AzerGold” istiqrazlarının illik faiz dərəcəsi 4% təşkil edir. İstiqrazların tədavül müddəti 3 ildir. İstiqraz sahiblərinə faiz gəliri 3 aydan bir ödəniləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
36 d. əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
-
43 d. əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 44 d. əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
14 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Ən çox oxunanlar
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"

























