1 milyon ABŞ dolları qazanmaq üçün əla fürsət
“Seedstars World" müsabiqəsinin yerli seçimləri keçiriləcək
İnkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal Seedstars World müsabiqəsi 5-ci dəfə Azərbaycana gəlir. Belə ki, 3 may 2017-ci il tarixində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı, Azercell MMC, PAŞA Bank və ABŞ səfirliyinin dəstəyi ilə ADA Universitetində 5-ci dəfə azərbaycanlı startaplar arasında "Seedstars World" müsabiqəsinin yerli seçimləri keçiriləcək. Müsabiqədə Azərbaycanın 10 ən yaxşı startapı ölkəni Seedstars Sammitində təmsil etmək və 1 milyon ABŞ dolları həcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq. Bu müsabiqəyə qatılmaq arzusunda olanlarhttps://www.seedstarsworld.com/event/seedstars-baku-2017 səhifəsinə müraciət etməlidirlər.
Startapları üzə çıxarmaq missiyasına uyğun olaraq, Seedstars World ən yaxşı startapları müəyyən etmək, onlara 1 milyon ABŞ dollarına qədər vəsaiti qazanmaq şansı vermək və dünyanın müxtəlif yerlərində olan investor və mentorlarla əlaqələr qurmaq üçün bu il 65 ölkəyə səfər edir.
Seedstars World Azərbaycanın lider mobil operatoru Azercell-lə yaxından əməkdaşlıq edir. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri, tədbirin yerli təşkilatçısı və Seedstars səfiri İmran Bağırov bildirib ki,”Seedstars sahibkarlar və müxtəlif investorlar, bazar oyunçuları və digərləri üçün imkanlarla bol olan qlobal çoxşaxəli platformadır. Yarışmanın əsas məqsədi - inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdir. Bu müsabiqə yerli startapların dünya bazarına çıxması, öz bacarıqlarını nümayiş etdirmək üçün əla fürsətdir. Azərbaycandan olan 10 ən yaxşı startap hər il İsveçrədə keçirilən Seedstars Sammitinə qatılmaq imkanı üçün yarışa dəvət olunacaq”.
Qeyd edək ki, Seedstars inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
- 34 d. əvvəl
-
-
44 d. əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 47 d. əvvəl
-
1 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
1 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
-
1 saat əvvəl
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Li Auto"nun Azərbaycanda yeni satış mərkəzi açıldı
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ən çox oxunanlar
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır
"Rubl təxminən 10% ucuzlaşa bilər"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda 2000-ci ildən bu yana pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb


























