"McKinsey": Yaxın 3 ildə neft qiymətləri 60-70 dollar/barel olacaq
Yaxın 3 il ərzində dünya bazarında neftin qiyməti 60-70 dollar/barel diapazonundan çıxmayacaq.
Bu proqnoz "McKinsey" konsaltinq şirkətinin "McKinsey Energy İnsights" (MEI) energetika sektoru üzrə ekspert bölməsi tərəfindən hazırlanan neft bazarında tələb və təklif perspektivləri hesabatında verilib. Hesabatda qeyd olunub ki, baza proqnoza görə, neftin qiyməti 2030-cu ilə qədər isə 65-75 dollar/barel diapazonuna keçəcək. Həmçinin bildirilir ki, neft hasil edən ölkələrin hasilatı azaltması yaxın aylarda neft bazarına tarazlıq gətirəcək.
MEI-ya görə, ABŞ şist neft hasilatını artırmağa davam edəcək. Bununla yanaşı investisiyaların azalması ABŞ-da bu günədək istismara verilən quyularda hasilatın aşağı düşməsinə səbəb olacaq. Bu da öz növbəsində neft bazarında təklifi azaldacaq.
Hesabata əsasən, neft qiymətlərinin daha da artmasına mane olan amil qlobal ÜDM-in artım sürətinin yavaşlaması olacaq. Belə ki, proqnozlara görə, qlobal ÜDM artımının 2,5-2,7%-ə qədər azalması gözlənilir.
MEI həmçinin hesabatında qeyd edib ki, ABŞ-da yeni istismara verilən quyularda modern texnologiyalardan istifadə edilməsi hasilatın maya dəyərini daha 15-20% azaldacaq. Nəticədə, ABŞ və OPEC neft hasilatını artırmağa davam edəcək. Proqnozlar onu göstərir ki, 2030-cu ilə qədər neft sektoru tələbi təmin etmək üçün hasilatı gündəlik 35 mln. barel artırmalıdır. Bu da yaxın 5 ildə sektora 1,6 trln. dollar vəsaitin qoyulmasını zəruri edir.
© "Forexpf, "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)



