Geologiya və Geofizika İnstitutu və “AzerGold" arasında işgüzar görüş olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə ilə “AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov arasında işgüzar görüş keçirilib.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Z.İbrahimov sahənin bütün incəliklərinə bələd olan qocaman geoloqların məsləhət və tövsiyyələrinə ciddi ehtiyac olduğunu qeyd edib, bu xüsusda Geologiya və Geofizika İnstitutu ilə əməkdaşlığın həm ətraf mühiti mənfi təsirlərdən qorumaqla dağ-mədən sahəsində uğurlu fəaliyyətin davam etdirilməsinə, həm də bu sahədə peşəkar mütəxəssis hazırlığı prosesinin daha da genişləndirilməsinə əsaslı töhfə verəcəyini diqqətə çatdırıb. Z.İbrahimov geoloq-alimlərimizin zəngin bilik və təcrübəsinə arxalanaraq hazırda yeni mədən layihələrinin işlənməsində bir sıra prioritet sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Qeyd edək ki, 2016-ci ildə Geologiya və Geofizika İnstitutu və “AzerGold” QSC arasında əməkdaşlığa dair memorandum imzalanmışdır. Birgə əməkdaşlıq çərçivəsində institutun yüksək dərəcəli alim-mütəxəsislərinin intellektual potensialından Cəmiyyətin kəşfiyyat layihələrinin hazırlanmasında məsləhətçi qismində istifadə edilmişdir. Həmçinin əməkdaşlıq çərçivəsində ölkənin qızıl yataqlarının geoloji-genetik modelləri hazırlanmışdır. Həmin modellər Səhmdar Cəmiyyətin geoloqları tərəfindən proqnozlaşdırmada geniş istifadə edilməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)



.jpg)
