Unibank daha üç vətəndaşımızın şəxsi biznesini qurmasına dəstək oldu

(®️) Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Bu dəfə bank daha üç vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb.
Leyla Əhmədova, Gülmira Daşdəmirova və Şahin Əsgərov özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandırlar. Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib.
Gülmira Daşdəmirova: “Bu layihə haqda eşidəndə gedib müraciət elədim. İllərdir bu işlə məşğul olsam da, avadanlıqlarım olmadığından və onları almağa imkanım çatmadığı üçün şəxsi salonumu qurmaq arzu olaraq qalırdı. Bu gün illərlə mənim üçün əlçatmaz olan bir arzuma çatdım. Çox sevincliyəm və bu işdə dəstək olan hər kəsə minnətdaram”.
Şahin Əsgərov: “Mənim bu işlə bağlı həmişə planlarım olub. Amma avadanlıqlar baha olduğu üçün arzumu reallaşdıra bilməmişəm. Sevinirəm ki öz işimi quracam, gəlirlərim artacaq. Layihənin bütün iştirakçılarına təşəkkürümü bildirirəm”.
Leyla Əhmədova: “Bu tarix hər zaman mənim üçün ən böyük arzumun həyata keçdiyi gün kimi yadımda qalacaq. Öz sevimli işimlə məşğul olacam, bundan gəlir götürəcəm. Bu çox gözəl hissdir. “Unibank”a da, bizə bu imkanı yaradan bütün təşkilatlara, şəxslərə də minnətdaram”.
Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
9 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 12 d. əvvəl
- 23 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
