Depozit portfeli 1 milyard manatdan çox olan 4 bank
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (4 milyard 792 milyon 183 min manat), "PAŞA Bank" (3 milyard 645 milyon 33 min manat), "Kapital Bank" (3 milyard 625 milyon 804 min manat) və "Xalq Bank"dır (1 milyard 430 milyon 994 min manat).
Qalan 22 bankdan 17-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 4 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.
10 bankın depozit portfeli azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun depozit portfeli bu il iyulun 1-nə illik müqayisədə az olub.
Bunlar "Turan Bank", "Bank Avrasiya", "Premium Bank", "Azər-Türk Bank", "Access Bank", "Yapı Kredi Bank Azərbaycan", "Unibank", "Muğan Bank", "Bank Respublika" və "Express Bank"dır.
Ən çox azalma "Express Bank"da (30%), ən az azalma isə "Turan Bank"da (2,1%) qeydə alınıb.
Qalan 16 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika Pakistan Milli Bankının Bakı filialında (3,3 dəfə), ən aşağı dinamika isə "PAŞA Bank"da (0,5%) qeydə alınıb.
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
6 d. əvvəl
Əli Laricani öldürüldüyü İran hakimiyyəti tərəfindən təsdiqlənib
-
34 d. əvvəl
Tramp NATO-dan küsüb - "Artıq yardımınıza ehtiyacımız yoxdur"
-
- 44 d. əvvəl
- 2 saat əvvəl
-
13 saat əvvəl
"Laricanini öldürdük, İran xalqına rejimi devirmək şansı verdik"
-
14 saat əvvəl
Mərkəzi Bank: 2025-ci ildə xam neftin orta qiyməti 68,5 dollar olub
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib
-
15 saat əvvəl
“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiq edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Əli Laricani öldürüldüyü İran hakimiyyəti tərəfindən təsdiqlənib
Tramp NATO-dan küsüb - "Artıq yardımınıza ehtiyacımız yoxdur"
FAB 2026-cı ilin rənglərini elan edib
Mərkəzi Bank: 2025-ci ildə xam neftin orta qiyməti 68,5 dollar olub
Supermarket şəbəkəsinin Gəncədə 8-ci mağazası açılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Nazirin müavinlərinin sayı artırıldı - PREZİDENTDƏN FƏRMAN
202 nömrəli marşrutun avtobuslarının bir qismi yenilənir
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
"Expressbank"ın sponsorluğu ilə "ASAN xidmət"in 3-cü “RoboCode” düşərgəsi başa çatıb
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb






















