Müştəri restorana getməyə qorxur

Koronavirus epidemiyası insanların davranışlarını yenidən şəkilləndirir. Epidemiya başladığında insanlar evlərindən çıxmadılar və işlərini evdən görməyə başladılar. Epidemiya nəzarət alına bilinməsə də insanlar yavaş-yavaş çölə çıxmağa başlayıblar. Ancaq hələ də çöldə yemək üçün insanlar özlərini etibarlı hiss etmirlər. Bu səbəbdən restoranlar əvvəlki doluluq səviyyələrinə nail ola bilmirlər.
Pandemiya ilə əlaqədar yaranan yeni dövrdə çöldə yemək-içmək vərdişləri də dəyişir.
Marja xəbər verir ki, beynəlxalq məsləhət şirkəti McKinsey-in araşdırmasına görə, restoranda oturub yemək yeməkdən narahat olanaların nisbəti 80%-i keçir. Fast-food restoranlarında bu nisbət 54% səviyyəsindədir. McKinsey-in analizi, restoranların yeni iqtisadi modelə keçməsi lazım olduğuna işarə edir.
McKinsey-in apardığı araşdırmada restoran sektoru 3 kateqoriyaya ayrılıb. Oturub yemək yeyilən restoranların, müştərilər baxımından narahatlığın ən çox olduğu yerlər olduğu müəyyən edilib. Bu restoranlar ilə bağlı yüksək narahatlıq nisbəti 42%, orta narahatlıq 41% və az narahatlıq da 17% olub.
Sürətli xidmət göstərən restoranlar üzrə isə yüksək narahatlıq nisbəti 42%, orta narahatlıq 40% və az narahatlıq 18% səviyyəsində reallaşıb.
Üçüncü kateqoriya və insan təmasının ən az olduğu fast-food restoranları ilə bağlı da narahatlıq olduğu ortaya çıxıb. Burada yüksək narahatlıq 16%, orta narahatlıq 38% və az narahatlıq 46% olub.
Araşdırmada, "Apardığımız son sorğunun göstərdiyi kimi, bağlı məkanda yemək yeməyə icazə verilən yerlərdə istehlakçılar təmkinli davranmağa davam edirlər",- bildirilir.
Araşdırmada qeyd edilib ki, restoranlar yeni bir iqtisadi model yartmalıdırlar. Belə ki, restoranlar personaldan, yeməyin istiliyindən paket xidmətə qədər yeniləməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 37 d. əvvəl
- 40 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
16 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 16 saat əvvəl
-
16 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
