PAŞA Holding regionlarda təhsilə dəstək məqsədilə növbəti layihə həyata keçirir - FOTO
7400 uşağa PAŞA Holding-in könüllü əməkdaşları tərəfindən məktəbli forması və dərs ləvazimatları ilə təchiz edilmiş məktəbli çantaları təqdim olunacaq.
PAŞA Holding, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə regionlarda təhsilə dəstək məqsədilə "Birincilər" layihəsi reallaşdırılacaq.
Sentyabr ayının birindən etibarən layihə çərçivəsində regionlarda yaşayan aztəminatlı ailələrin məktəbə hazırlaşan övladlarına məktəbli dəstinin hədiyyə edilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək. Ümumilikdə ölkə üzrə 36 regiondan 7400 uşağa PAŞA Holding-in könüllü əməkdaşları tərəfindən məktəbli forması və dərs ləvazimatları ilə təchiz edilmiş məktəbli çantaları təqdim olunacaq.
“PAŞA Holding olaraq biz, təhsil sahəsinə edilən yatırımları çox önəmli hesab edirik və anlayırıq ki, təhsilə qoyulmuş investisiya istənilən fiziki və ya hüquqi şəxsin edə biləcəyi ən uğurlu yatırımdır. Bu səbəbdən təhsilə, xüsusən də ölkəmizin biri birindən gözəl bölgələrində yaşayan böyük potensiala malik olan və ölkəmizin gələcəyinin qurucuları olacaq şagirdlərə dəstək Şirkətimizin Korporativ Sosial Məsuliyyət siyasətinin əsas istiqamətlərindəndir” – PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov vurğulayıb.
Qeyd ekək ki, PAŞA Holding aztəminatlı ailələrdən olan birinci sinfə gedəcək uşaqlara dəstək məqsədi daşıyan bu layihəni 2018-ci ildən etibarən həyata keçirir. Belə ki, 2018-ci ildə Şirkət tərəfindən 350, 2019-cu ildə isə ümumilikdə 700 uşağa zəruri məktəbli ləvazimatları təqdim olunub. Ölkədə təhsilə və cəmiyyətin rifahına töhfə verəcək belə təşəbbüslərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
9 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 12 d. əvvəl
- 23 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
