Yeddi ayda ölkədə qaz hasilatı və ixracı artıb
2020-ci ilin yanvar-iyul aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 20,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1,4 milyon ton az olub.
Bu barədə Marja-ya Energetika Nizrliyindən bildirilib.
Respublika üzrə hasil edilmiş neftin 14 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 4,3 milyon ton təşkil edib.
Yeddi ayda 16,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-iyul aylarına nisbətən, təxminən, 1,4 milyon ton, yəni 7,6 faiz azdır. Neft-kondensatın 16,2 milyon tonu konsorsium, 0,7 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.
2020-ci ilin 7 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 10 faizdən çox, yəni 2 milyard kubmetr artımla 22,3 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 7 milyard kubmetri AÇG-dən, 11 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 4,3 milyard kubmetr qaz hasil olunub.
Bu dövrdə xaricə qaz satışı 7,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 24 faiz çox, yəni 6,3 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,4 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 2,4 milyard kubmetr qaz nəql olunub.
2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin avqust ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 6,3 milyard kubmetr qaz nəql edilib.
Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust tarixinədək ümumilikdə 543,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib və 542,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib
Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 172 milyard kubmetr, “Şahdəniz”dən isə 127,8 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 avqust tarixinədək 84,7 milyard kubmetr qaz ixraca nəql edilib.
Ölkədə neft emalı isə 2020-ci ilin 7 ayında 3,5 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 144 min ton az olub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 9 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq




















