"Dövlət ''Bakı Taksi Xidməti'' ilə özəl sektoru haqsız rəqabətlə üz-üzə qoyur"
"Dövlət taksi xidməti sahəsində rəqabəti qorumaq əvəzinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Bakı Taksi Xidməti" MMC yaradıb və öz resurslarından istifadə etməklə özəl sektoru haqsız rəqabətlə üz-üzə qoyur və bununla da onların inkişafına mane olur".
Marja xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev bildirib.
İqtisadçı qeyd edib ki, təxminən bir “LEVC TX” modelli "London taksi"sinin qiyməti 127 min manatdır:
"Dünən ''Bakı Taksi Xidməti'' Məhdud Məsuliyyətli Cəmiyyəti üçün gətirilən “LEVC TX” modelli yeni 100 ədəd "London taksi"sinin təqdimatı oldu. Taksinin üstünlükləri barədə mətbuatda çox yazıldı. Daha ətraflı məlumat almaq istəyən şərh bölümündəki linkə baxa bilər.
Əlbəttə həmişəki kimi dövlət xətti ilə vergi ödəyicilərin pulu hesabına alınan mal və xidmətlərin qiyməti ictimaiyyətdən gizlədildi. Bu taksilərin neçəyə alınması barədə məlumat verilmədi. Təəssüf ki, taksini istehsal edən şirkətin saytında da bu barədə məlumatı əldə etmək mümkün deyil. İnternetdə bir az axtarış verib onların təxmini qiymətini tapa bildim. Məlum oldu ki, bu modellərin qiyməti 57099 funt sterlinq (təxminən 127 min manat) edir. Maşının konfiqurasiyasından asılı olaraq bu qiymət dəyişə bilər, ancaq qiyməti təxminən bu həddə hesab etmək olar. Deməli, bu taksilərə ümumilikdə 12-13 milyon manat civarında pul ödənilib.
Belə baxanda narahatçılıq heç də təkcə dövlət xətti ilə alınan 12-13 milyon manatlıq taksidə də deyil. Problem dövlətin hələ də aktiv şəkildə biznesə girişməsindədir. Taksi xidməti azsaylı sahələrdəndir ki, kifayət qədər rəqabət var. Hətta yanacağın bahalaşmasına rəğmən bu sahədə qiymətlər nəinki bahalaşmadı, hətta yaranmış rəqabət nəticəsində ucuzlaşmağa başladı. Dövlət bu sahədə rəqabəti qorumaq əvəzinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində ''Bakı Taksi Xidməti'' MMC yaradıb və öz resurslarından istifadə etməklə özəl sektoru haqsız rəqabətlə üz-üzə qoyur və bununla da onların inkişafına mane olur. Biz dövlətin büdcə yükünü azaltmaq məqsədilə öz mülkiyyətində olan şirkətləri (kommunal, nəqliyyat və s.) özəlləşdirmək və ya uzunmüddətli idarəyə verməyi gözlədiyimiz halda dövlət Azərbaycan İnvestisiya Holdinqi yaradıb öz mövqeyini daha da gücləndirmək siyasəti yürüdür".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
5 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
6 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
10 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 16 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb






















