İcra başçısı tekstil müəssisəsində olub, tapşırıqlar verib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Gəncə Tekstil” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub. Şəhər rəhəri burada görülən işlərlə maraqlanıb.
“Gəncə Tekstil” ASC-nin Müşahidə Şurasının sədri Qabil Əliyev şəhər rəhbərinə müssisədə görülən işlər haqqında məlumat verib. O bildirib ki, “Gəncə Tekstil” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətini 2004-cü ildən bərpa edib.
Qeyd olunub ki, müəssisədə əsasən tibbi steril olmayan hiqroskopik pambıq, steril və steril olmayan tənzif istehsal edilir. Steril tənziflərdən tibbi maskalar istehsal olunur. Bu da öz növbəsində pandemiya dövründə maskaya olan tələbatı təmin edir. Habelə steril tənziflər digər ölkələrə də ixrac olunur. Bundan başqa, “Gəncə Tekstil” ASC-də milli dəyərlərimiz olan və ənənəvi üsul ilə toxunan yun xalçaların da istehsal edildiyi diqqətə çatdırılıb.
Görülən işlərlə yaxından tanış olan Niyazi Bayramov Açıq Səmdar Cəmiyyətdə fəaliyyət göstərən sexlərə baş çəkib. Şəhər rəhbəri tapşırıq və tövsiyələrini verərək bildirib ki, yerli müəssisələrin üzərinə düşən iş keyfiyyətli malların ixracıdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
7 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
7 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
11 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 17 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























