“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.EUR.
Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin keçən həftə ərzində müsbət açıqlanması, dolların ucuzlaşması dalğasının zəifləməsi ilə EUR/USD məzənnəsinin də ucuzlaşmasına səbəb olmuşdur. Lakin Amerika iqtisadiyyatında risklərin yenidən arta biləcəyi proqnozlaşdırılır.
Hazırda 1.18$-a ticarət edilən EUR/USD məzənnəsi, korreksiya etsə də uzun müddətli perspektivdə 1.17$-ın üzərində qaldıqca, yenidən bahalaşmağa başlayacağı proqnozlaşdırılır. Bu bahalaşma 1.20$-a kimi davam edə bilər.
GBP.
GBP/USD məzənnəsi də korreksiya müşahidə edilir. Lakin burada da bahalaşma ehtimalları yüksək olaraq qalır. İngiltərə höküməti ilə Avropa Birliyi arasında ticarət sazişinin imzalanacağı ehtimallarının da artması, özünü iqtisadi göstəricilərin yaxşılaşması ilə göstərər bilər.
Təhlillərə əsasən, GBP/USD məzənnəsi 1.31$-ın üzərində möhkəmlənərsə, 1.33$-a kimi bahalaşa bilər.
TRY.
USD/TRY məzənnəsi isə tarixi rekord səviyyələrini yeniləməkdə davam edir. 7.29TL-nin üzərində dalğalanan məzənnə, 7.36TL-nin ikinci dəfə qırılması ilə 7.56TL-yə kimi də bahalaşa bilər. TCMB-nin faizlərini azaltması, inflyasiyanın yüksək olması və dövlət borcunun artması, lirəyə təzyiq edən əsas amillərdir.
OIL.
Qlobal iqtisadiyyatda iqtisadi və siyasi risklərin yenidən artması, Avropanın Brent neftinin də korrekiyasına səbəb olub.
Bir barel üzrə 46$-a kimi dəyər qazandıqdan sonra ucuzlaşmağa başlayıb. 45$-a təklif edən qiymət, bu səviyyənin altında qaldıqca, 43$-a kimi dəyər itirə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlərin diqqət mərkəzindədir.
GOLD.
Foreks bazarlarında dolların 1% bahalaşmas, qızılın qiymətində də korreksiyaya səbəb olub. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 2050$-ın (65.9 $/qram) altında qaldıqca, korreksiya 1950$-a (62.7 $/qram) kimi dərinləşə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 24 san. sonra
-
50 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 51 d. əvvəl
-
-
58 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb

























