Azərbaycanın xarici borcu açıqlandı
2020-ci il 1 iyul tarixinə Azərbaycan Respublikasının cəmi birbaşa və şərti öhdəliklər üzrə dövlət borcunun həcmi 9 milyard 813,3 milyon ABŞ dollarına (16 milyard 682,6 milyon manata) və ya ÜDM-in 24,5 %-nə bərabər olub.
Marja bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bütövlükdə xarici borc ÜDM-in 22,4%-nə (8 milyard 960,3 milyon ABŞ dolları), daxili borc isə 2,1%-nə (1 milyard 450,1 milyon manat) bərabərdir.
Xatırladaq ki, 1 yanvar 2020-ci il tarixi vəziyyətinə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycan Respublikasının birbaşa xarici dövlət borcu 8 milyard 320 milyon ABŞ dolları və ya 2019-cu il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 17,3 %-ni, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 771 milyon ABŞ dolları və ya ÜDM-in 1,6%-ni təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 9 milyard 91 milyon ABŞ dolları və ya ÜDM-in 18,9%-ni təşkil etmişdi.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 7 d. əvvəl
- 17 d. əvvəl
-
33 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
2 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"























